Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:52

Seymur Baycandan yeni kitab - "Mənim mübarizəm"


"Mənim mübarizəm"
"Mənim mübarizəm"
​-

"Alatoran" Yayınları seriyasından növbəti kitab çapdan çıxıb. “Mənim mübarizəm” adlı 410 səhifəlik bu kitab Seymur Baycanın publisistik əsərlərinin 1-ci cildidir.

Kitab, onu çapa hazırlayan R.Qaracanın giriş sözü ilə açılır: “Seymur Baycan çağdaş Azərbaycan ədəbiyyatının aparıcı simalarından biri, öz timsalında bir yazıçının cəmiyyətə necə təsir edə biləcəyini və dəyişdirə biləcəyini sübuta yetirmiş qələm sahibidir.

Seymur təkcə ədəbiyyat sahəsində deyil, ictimai fəaliyyətin bütün sahələrində aktiv yaradıcı gücə malikdir. Qələmindən çıxan hər bir yazı oxucular arasında geniş rezonans doğurur.

Bunun tək bir səbəbi var: Seymurun yazıçı vicdanı hər zaman ayıqdır, öz şəxsi maraqlarından ötrü həqiqətə göz yummamaqdadır, həqiqət təhülkəli olsa belə onu söyləməkdən və yazmaqdan çəkinməməkdədir.

Seymur, murdar sovet yazıçısı ənənəsindən, hakimiyyətə yarınaraq şöhrət pillələrində ucalmaqdan birmənalı şəkildə imtina edərək öz fərdi nümunəsində azad yazar modelinin Azərbaycanda mümkün olduğunu sübuta yetirib.

Bütün bunlara görə, Seymurun qələmindən çıxan hər bir yazı zaman keçdikcə yenidən dəyər qazanır, təsir edir və hərəkətə gətirir. Seymur Azərbaycanda formalaşmaqda olan “yeni dəyərlər” sisteminin ifadəçisidir. Bu onun mübarizəsidir.”

Qeyd edək ki, bu Seymur Baycanın sayca 5-ci kitabıdır. Müəllifin daha bir kitabı – “Quqark” ruscaya tərcümə olunmuş variantda hal-hazırda "Alatoran" Yayınlarında çapa hazırlanmaqdadır.

Seymur Baycanın "Qukark" romanından parça
XS
SM
MD
LG