Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:30

ATƏT-ə hələ də dəvət göndərilməyib


ATƏT-in loqosu
ATƏT-in loqosu
-

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) hələ də prezident seçkisini müşahidə etmək üçün rəsmi dəvətnamə almayıb. AzadlıqRadiosuna DTİHB-dən belə deyiblər.

Ancaq qurum onu da vurğulayır ki, onlara dəvətnamənin göndərilməyəcəyinə dair heç bir bildiriş də gəlməyib.

DTİHB Bakıda işləmək üçün ekspertlər komandasını toplamaq prosesini davam etdirir. ATƏT üzvlərindən missiya daxilində işləmək üçün 30 uzun-müddətli və 280 qısa-müddətli müşahidəçi istənilib: «Hazırda ATƏT-in müxtəlif üzv ölkələrindən iştirakla bağlı müraciətlər gəlməkdədir», DTİHB-dən belə deyiblər.

ABŞ səfiri Richard Morningstar bu günlərdə yaydığı bəyanatda seçkilərin monitorinqinin aparılması üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna rəsmi dəvətin təqdim olunması barədə şifahi vədi də xatırladıb. Səfir seçki fəaliyyətinin izlənməsinə şərait yaradılmasını arzulayıb.

Azərbaycan rəsmiləri xarici müşahidəçilərin seçkiləri izləməyə dəvət olunacağını bildirib. Avropa Parlamenti və ATƏT PA-nın seçkiyə müşahidəçi göndərməyəcəyi bəlli olub.
XS
SM
MD
LG