Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:45

Azərbaycan seçkiləri izləmək üçün 9 beynəlxalq təşkilata dəvət göndərib


Arxiv foto
Arxiv foto
-

Azərbaycanın Xarici İşlər nazirliyi oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərinin müşahidəsi üçün 9 beynəlxalq təşkilata dəvət göndərib. Bu barədə AzadlıqRadiosuna Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Dəvət göndərilən təşkilatlar bunlardır:

- ATƏT,

- BMT,

- ATƏT-in Parlament Assambleyası,

- Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı,

- Avropa Şurası Parlament Assambleyası,

- MDB,

- İslam Əməkdaşlıq Təşkilatı,

- GÜAM və

- Türk Şurası

Bir müddət əvvəl Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdən sonra beynəlxalq müşahidəçilərin dəvət ediləcəyini dilə gətirmişdi.

Avqustun 8-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan (DTİHB) AzadlıqRadiosuna hələ prezident seçkisini müşahidə etmək üçün rəsmi dəvətnamə almadıqlarını deyiblər.

DTİHB-dən onu da deyiblər ki, onlar Bakıda işləmək üçün ekspertlər komandasını toplamaq prosesini davam etdirir. ATƏT üzvlərindən missiya daxilində işləmək üçün 30 uzun-müddətli və 280 qısa-müddətli müşahidəçi istənilib: «Hazırda ATƏT-in müxtəlif üzv ölkələrindən iştirakla bağlı müraciətlər gəlməkdədir», DTİHB-dən belə deyiblər.

Bundan əvvəl Avropa Parlamenti və ATƏT PA Azərbaycanda keçiriləcək prezident seçkisinə müşahidəçi göndərməyəcəklərini bildirib.
XS
SM
MD
LG