Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:41

Hakimiyyət mediası Milli Şuranın 18 avqust mitinqi barədə


İlham Əliyev İsmayıllıda
İlham Əliyev İsmayıllıda
-
İLHAM ƏLİYEV HANSI RAYONLARDAN EHTİYAT EDİR?

«Azadlıq» qəzeti yazır ki, ölkə başçısının bölgələrə səfərləri seçkiqabağı narahatlıqdan doğur:

«Azərbaycanın bütün bölgələrində vəziyyət acınacaqlıdır. Amma İlham Əliyev səfərinə İsmayıllı rayonundan başladı. Bu, təsadüfi deyil. Məhz İsmayıllıda əhali məmur özbaşınalığına qarşı üsyana qalxmışdı. İlham Əliyevin ilk olaraq İsmayıllıya baş çəkməsi və orada məmurlara barmaq silkələməsi həmin hadisələrin doğurduğu təşvişin nəticəsidir... Daha sonra isə İlham Əliyev Zaqatalada göründü. Bu rayonda isə təbii fəlakət nəticəsində yüzlərlə insan ev-eşiyini itirib. Və hələ indiyə qədər təbii fəlakətin nəticələri aradan qaldırılmayıb. Zəlzələdən zərər çəkən sakinlər bir neçə dəfə aksiya da keçiriblər. Zaqatala hələ də həssas bölgə olaraq qalır. Hakimiyyət də seçki ərəfəsində əsasən bu rayonlardan ehtiyat edir».

«MİLLİ ŞURA DÖVRÜ BİTDİ»

«Azərbaycan» qəzetində «Aqressiv müxalifətin «Milli Şura» dövrü başa çatdı» başlıqlı yazı yer alıb:

«...Bütün bunlardan çıxış edərək bildirmişdik ki, «Milli Şura»nın mitinqi ola bilər. Amma heç də sevinib həyəcanlanmasınlar, çünki birləşmiş dağıdıcı müxalifət nə qədər çabalasa da, «İctimai Palata»nın əvvəlki mitinqlərindən böyük mitinq keçirə bilməyəcək. Əvvəlki mitinqlərə nisbətən bu dəfə bir qədər artıq pul xərclənməsinə baxmayaraq, son mitinq də zəif olacaq. Sadəcə, «Mili Şura»da təmsil olunanlar Azərbaycandan kənarda olan yiyələrinə bildirmək istəyirlər ki, biz varıq. Budur, deyilənlər özünü tam doğrultdu. Və növbəti biabırçılıq!

18 avqust mitinqi
18 avqust mitinqi
Son mitinq radikal müxalifət rəhbərlərinin sivil siyasi keyfiyyətlərdən çox uzaq olduqlarını bir daha göstərdi. Əslində, qüruru, mənliyi olan siyasətçilər bu cür biabırçılıqlardan sonra siyasətdən əl çəkməli, bir daha mitinq həvəsinə düşməməlidirlər».

«TAM FİASKO»

«Yeni Azərbaycan» qəzeti isə belə bir yazı dərc edib: «Milli şura» və onun «vahid namizəd» ideyası iflasa məhkumdur». Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Mübariz Qurbanlı gün.az saytına müsahibəsində deyib ki, radikal müxalifətin namizəd problemi var, onu müəyyənləşdirə bilmir:

«Radikal qanadın hansı namizədlə prezident seçkilərində iştirak etməsi də bizim üçün o qədər də əhəmiyyət kəsb etmir. Hansı namizədlə iştirak edirlər - etsinlər, özləri bilər. İstər Rüstəm İbrahimbəyov olsun, istər müstəqil - başqa bir namizəd irəli sürsünlər və yaxud İsa Qəmbər olsun, Əli Kərimli olsun, yəni, bu, Yeni Azərbaycan Partiyasını narahat edən məsələ deyil. Yeri gəlmişkən, son «aksiya» da onların hansı durumda olduğunu bir daha göstərdi. Göstərdi ki, «Milli şura» və onun «vahid namizəd» ideyası iflasa məhkumdur... Tam fiasko».

«GÖRÜNÜR, TƏHSİLİMİZDƏ «GÜMÜŞ»Ə TƏLƏBAT AZDIR!..»

«Bizim yol» qəzeti təhsil eksperti Nadir İsrafilovun yazısını dərc edib:
Məktəb
Məktəb

«Dünən Təhsil Nazirliyi 2012-2013-cü tədris ilində ölkənin ümumtəhsil məktəblərinin XI sinfini medalla bitirmiş məzunların siyahısını açıqladı. Bəlli oldu ki, 238 şagird qızıl, 10 şagird isə gümüş medal alıb. Burada ilk öncə üzdə olan iki məqam diqqətimi çəkdi...

Birinci məqam: nədən qızıl medalçıların sayı gümüş medalçıların sayından bu qədər (24 dəfə) çoxdur?! Biz görmüşük ki, qızıl medal alanlar sayca gümüş medal alanlardan az olur (bu, normal məntiqə görə də belədir!). Doğrusu, say nisbətinin bu dərəcədə tərsinə dəyişməsinin məntiqi hələ də mənim üçün qaranlıq qalır.

İkinci məqam: niyə medalçıların siyahısı buraxılış imtahanlarından dərhal sonra yox, qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra ortaya çıxdı?! İndi ictimaiyyət neçə düşünməsin ki, bunu nazirlik qəbul imtahanında aşağı bal toplayıb qurumu biabır edəcək «medalçı»lardan sığortalanmaq üçün edib? Mənə görə, bu əməlin bircə adı var: «toydan sonra nağara», yəni TQDK nəticələri elan etsin, «vacib korrektələr» aparaq və bundan sonra siyahını üzə çıxaraq. Gözləyək, görək nazirlik buna necə izah verəcək...».
XS
SM
MD
LG