Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:32

Suriyaya hərbi müdaxilə nə zaman olacaq?


-

Qərb mediası Suriyaya hərbi müdaxilənin cümə axşamı başlanacağı və 3 gün davam edəcəyini, bu zaman ABŞ, Fransa, Britaniya və başqa NATO dövlətlərinin Suriya ətrafında yerləşdirilmiş gəmilərindən istifadə olunacağını yazırlar. İddialara görə, konkret olaraq Suriyanın hərbi obyektləri və kimyəvi silah hücumunda iştirak elədiyi güman edilən hərbi birliklərə qarşı havadan raketlər və təyyarələrlə zərbələr endiriləcək.


BRİTANİYA YENİ QƏTNAMƏ HAZIRLAYIR

Suriyaya hərbi zərbə endirmək üçün Britaniya BMT Təhlükəsizlik Şurasının dəstəyini əldə etməyə ümid edir. Britaniya Baş naziri David Cameron deyib ki, din sakinlərin qorunmasını nəzərdə tutan tədbirlər haqda qətnamə layihəsi hazırlayıblar və avqustun 28-I gecə saatlarından Təhlükəsizlik Şurasına təqdim olunacaq.


BMT TƏLƏSMƏMƏYƏ ÇAĞIRIR

BMT-nin Suriya üzrə Xüsusi elçisi Lakhdar Brahimi isə Rusiya Xarici İşlər naziri Sergei Lavrovla telefonla müzakirələrdən sonra hərbi müdaxilənin ancaq BMT-nin icazəsi ilə olması gərəkdiyini bildirib:

“Beynəlxalq normalar məlumdur. Beynəlxalq hüquqa görə, ancaq Təhlükəsizlik Şurasının icazəsi ilə hərbi yola əl atıla bilər”.

Rusiya Xarici İşlər naziri Sergei Lavrov Brahimi ilə danışığında Suriyaya hərbi müdaxilənin bütün region üçün ağır nəticələr verəcəyiylə bağlı xəbərdarlıq etmişdi.


AĞ EV KOSOVO PRESEDENTİNİ ARAŞDIRIR

Ancaq BMT Təhlükəsizlik Şurasındakı Suriya ilə qərarların qəbulunda Bashar Assad rejimini dəstəkləyən Rusiya və Çinin vetosu üzündən bu günə qədər hərbi yolu nəzərdə tutun hər hansı qətnamənin qəbulu mümkün olmayıb.

Amerika mətbuatı yazır ki, hazırda BMT Təhlükəsizlik Şurasının razılığı çıxmaması ehtimalına qarşı Ağ Ev indi 1999-cu ildəki Kosovo presedentini araşdırır. Həmin il BMT Təhlükəsizlik Şurası Rusiyanın vetosu üzündən icazə verməsə də, NATO genosidin qarşısını almaq əsaslandarması ilə Yuqoslaviya qoşunları bombalamışdı.


İndi də Qərb dövlətləri BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmadan da kimyəvi silahdan istifadə etdiyi üçün Bashar Assad rejimini cəzalandırmaq üçün hərbi zərbə endirməyə hazırlaşır.


Suriya əməliyyatında iştirak etmək ehtimalı olan NATO qoşunları
Suriya əməliyyatında iştirak etmək ehtimalı olan NATO qoşunları
ABŞ HƏRBİ ZƏRBƏDƏ İSRARLIDIR

Avqustun 27-i ABŞ Vitse-Prezidenti Joe Biden deyib ki, onlarda Suriya hökumətinin kimyəvi silahdan istifadəsinə dair şübhə yeri qalmayıb və məsuliyyət daşıyanlar cəzalandırılmalıdır.

ABŞ-ın Müdafiə naziri Chuck Hagel bildirib ki, president Obama qərar verən kimi onlar 2-3 gün içində zərbə endirməyə hazırdırlar.

SURİYA NECƏ BOMBALANACAQ?

NBC News adını çəkmədiyi rəsmiyə istinadən Suriyaya mümkün hərbi zərbənin detallarını açıqlayıb.

İddialara görə, Suriyaya hərbi müdaxilə cümə axşamı başlana bilər və və 3 gün davam edəcək. Bu zaman ABŞ, Fransa, Britaniya dövlətlərinin Suriya ətrafında yerləşdirilmiş gəmilərindən istifadə olunacaq. Əsasən Cənubi Kipr və Yunanıstandakı bazalardan və NATO dövlətlərinin Aralıq Dənizi və Yaxın Şərqdəki gəmiləri əməliyyata qatılması gözlənilir. Konkret olaraq Suriyanın hərbi obyektləri və kimyəvi silah hücumunda iştirak elədiyi güman edilən hərbi birliklərə qarşı havadan raketlər və təyyarələrlə zərbələr endirilməsi ehtimal olunur.


AZƏRBAYCANDA SURİYAYA MÜDAXİLƏ PLANLARINA NECƏ BAXIRLAR?

Vəfa Quluzadə
Vəfa Quluzadə
Politoloq Vəfa Quluzadə hesab edir ki, Bashar al-Assad tez bir zamanda devrilməlidir. «Bu məsələdə Azərbaycan hansı mövqeni sərgiləməlidir», sualına onun cavabı belədir:

«Azərbaycan çalışacaq heç bir mövqe sərgiləməsin, əsas problemi seçkilərdir. Azərbaycan böyük dünya problemlərini həll etmək dərəcəsində olan dövlət deyil. Neytral mövqe tutacaq. Mən təəccüb edirəm bu Bashar al-Assad nə qədər qəddar adamdır. 2 il ərzində Suriya kimi gözəl ölkəni darmadağın edib. O nə qədər tez susdurulsa bir o qədər region üçün faydalı olar. Beynəlxalq güclər bu qəddar rejimi tez bir zamanda sona yetirməli, orada qayda-qanun yaratmalıdır. Beynəlxalq icmalar, təşkilatlar bununla məşğul olmalıdır. Əsasən də Amerika. Qərb qoşun yeritmək istəyir, qoy yeritsin, bu qəddar rejimi süpürsünlər».

«Bashar al-Assad bu məsələdən də çıxmağı bacaracaq»

AXCP sədrinin müavini, «Region» Beynəlxalq Analitik Mərkəzin rəhbəri Razi Nurullayev isə Bashar al-Assad-in kimyəvi silah işlətməsinə elə də inanmadığını deyir. Onun fikrincə, bu Assad-in sonu ola bilər:

«Kimyəvi silahlardan istifadə Cenevrə konvensiyasına ziddir. Bu insanlığa qarşı cinayətdir. Əgər Suriyada kimyəvi silahın istifadə edilməsi sübut olunarsa, Bashar al-Assad-in harada sığınmasından asılı olmayaraq, Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin qarşısına çıxacaq. Ancaq düşünmürəm ki, o, bunu etmiş olsun. Bu, öz sonunu yaxınlaşdırmaqdır. Hazırkı durumda Bashar al-Assad müxalifətdən daha güclüdür. Digər ərəb liderlərindən daha çox hakimiyyətdə qalmağı bacarıb. Üstəlik, hələ də xalqdan dəstək alır. O, bu məsələdən də çıxmağı bacaracaq».

Mübariz Qurbanlı: «Ehtimal var ki, hakimiyyət istifadə edib»

Mübariz Qurbanlı
Mübariz Qurbanlı
Azərbaycanda hakim Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, deputat Mübariz Qurbanlı Suriyada toqquşmalar zamanı kimyəvi silahdan istifadəni pisləyib. Bildirib ki, hətta II Dünya müharibəsində ən qanlı döyüşlər getdiyi bir vaxtda belə tərəflər kimyəvi silahlardan kütləvi şəkildə istifadə etməyib:

«Epizodik hallar olub, amma kimyəvi silahdan kütləvi istifadəyə heç faşist Almaniyası belə cəsarət etməyib. Suriyada kimyəvi silahın istifadəsi ehtimalı yarandıqdan sonra BMT-nin nümayəndələri Dəməşqdə araşdırmalar aparır. Hakimiyyət müxalifəti, müxalifət hakimiyyəti qarşılıqlı ittiham edir ki, silahlardan qarşı tərəf istifadə edib. Ehtimal var ki, hakimiyyət istifadə edib, amma hakimiyyət də ciddi cəhdlə boynundan atmaq istəyir və faktlar qoyur ortaya».

BMT VAXT İSTƏYİR

BMT müfəttişləri Suriyadakı kimyəvi silah hücumunu araşdırırlar və işlərini bitirmək üçün onlara bir qədər vaxt lazımdır. Baş katibi Ban Ki-moon avqustun 28-də Haaqada Sülh Sarayında belə deyib:

"Hücumdan bir neçə gün sonra, müfəttişlər çox dəyərli nümunələr toplayıb və hadisənin qurbanlarını, şahidlərini danışdırıblar. İndi komandanın işini bitirməsi üçün vaxt lazımdır. İndi bu Sülh Sarayından dünyaya səslənirəm – sülhə bir şans verin. Diplomatiyaya şans verin. Savaşı dayandırın və danışıqlara başlayın".

Avqustun 26-də BMT müfəttişləri kimyəvi hücumdan 5 gün sonra Dəməşq ətrafındakı qəsəbələrdən birinə getmişdilər. Bu gün, avqustun 28-də müfəttişlər başqa bir qəsəbədə də olublar və dəlillər toplayıblar.


ABŞ VƏ MÜTTƏFİQLƏRİ HÜCUMA HAZIRLAŞIR

Joe Biden
Joe Biden
Son günlər Qərb dövlətləri BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmadan da kimyəvi silahdan istifadə etdiyi üçün Bashar Assad rejimini cəzalandırmaq üçün hərbi zərbə endirməyə hazırlaşır.

Avqustun 27-i ABŞ Vitse-Prezidenti Joe Biden deyib ki, onlarda Suriya hökumətinin kimyəvi silahdan istifadəsinə dair şübhə yeri qalmayıb və məsuliyyət daşıyanlar cəzalandırılmalıdır.


RUSİYA

Rusiya və Çinin dəstəklədiyi Suriya hökuməti bu iddiaları qəbul etmir.

Rusiya Xarici İşlər naziri Sergei Lavrov son olaraq BMT-nin Suriya üzrə xüsusi elçisi Lakhdar Brahimi ilə danışıb və hərbi müdaxilənin bütün region üçün ağır nəticələr verəcəyiylə bağlı xəbərdarlıq edib.

İRAN

Ayatollah Ali Khamenei
Ayatollah Ali Khamenei
Assad rejiminin ənənəvi müttəfiqi İranın Ali Ruhani lideri Ayatollah Ali Khamenei də avqustun 28-də eyni fikri təkrarlayıb. Deyib ki, Suriyaya Qərbin müdaxiləsi region üçün fəlakət olacaq.

AL-QAEDA

Suriyadakı Assad rejiminə qarşı vuruşan bir qrup - Al-Qaeda ilə əlaqəli İraq və Levan İslam Dövləti adlı qrup kimyəvi silahdan istifadə elədiyi üçün Suriya hökumətini “qisas vulkanı” ilə hədələyib.
XS
SM
MD
LG