Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:03

T.Melia Azərbaycanda seçkiqabağı vəziyyətin suallar doğurduğunu bildirir


Thomas O. Melia
Thomas O. Melia
-
ABŞ Dövlət Katibi köməkçisinin demokratiya və insan haqları üzrə müavini Thomas O. Melia bildirir ki, onun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinə Bakının razılıq verməməsi oktyabrın 9-da keçiriləcək prezident seçkisi ərəfəsində vəziyyətə dair çox ciddi suallar yaradır.

O qeyd edir ki, ABŞ Azərbaycan hökumətinin seçki ərəfəsində Bakıya rəsmi nümayəndə heyətinin səfərinə etirazından məyusdur.

Bu barədə cənab Melia Reuters agentliyinin Azərbaycana səfərinin təxirə alınmasını şərh etmək xahişinə cavabında bildirib.

Onun rəhbərlik etdiyi nümayəndə heyəti hazırda Tbilisidə səfərdədir. Dövlət Departamenti, Pentaqon və Ədliyyə Nazirliyinin təmsilçilərinin qatıldığı heyət bu həftə Gürcüstandan sonra da Azərbaycana gəlməlidi idi.

Amma Melianın bildirdiyinə görə, Bakı seçki ərəfəsində Azərbaycana nümayəndə heyətinin gəlməsini istəməyib. Buna görə də əvvəlcədən planlaşdırılmış səfər baş tutumur.

Thomas O. Melia agentliyin sualına cavabında həmçinin bildirir: “Yenə də biz Azərbaycan hökumətinin xalqın iradəsini əks etdirən azad və ədalətli seçkilərin keçirilməsini təmin etməsini istəyirik.

Biz həmçinin Azərbaycan hakimiyyətini qarşıdan gələn seçki ərəfəsində, seçki dövründə və ondan sonra toplaşma, fikir azadlıqlarını, qanunun aliliyini təmin etməyə, yerli və beynəlxalq müşahidəçilərin çox mühüm olan fəaliyyətinə şərait yaratmağa çağırırıq.”

Hələlik Azərbaycan rəsmilərindən cənab Melia-nın səfərinin təxirə salınmasına hər hansı reaksiya verilməyib.
XS
SM
MD
LG