Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:55

Sərhədsiz Reportyorlar: Tənqidə görə medianın təqib olunması güclənib


Jurnalist Hilal Məmmədov məhkəməyə gətirilərkən
Jurnalist Hilal Məmmədov məhkəməyə gətirilərkən
-
«Sərhədsiz Reportyorlar» təşkilatı Hilal Məmmədovun 5 il azadlıqdan məhrum edilməsi barədə hökmü pisləyir.
Təşkilatın bəyanatında deyilir ki, təzyiqlər, prosessual pozuntular, müdafiə hüququnun pozulması, saxlanma şəraitinin pis olması prosesin siyasi xarakter daşıdığını və tənqidə görə qisasdan ibarət olduğunu göstərir.
«Əgər Azərbaycanda ədalət sözünün mənası varsa, onda apelyasiya instansiyası Hilal Məmmədov haqqındakı hökmü ləğv etməli və o azad edilməlidir».
Bəyanatda deyilir ki, Hilal Məmmədovun işi 2008-ci ildə casusluğa görə 10 il müddətinə həbs olunmuş Novruzəli Məmmədovu xatırladır.
«Tənqidə görə medianın təqib olunması son vaxtlar güclənib».
Sərhədsiz reportyorların mətbuat azadlığı üzrə dünya reytinqində Azərbaycanın ölkə 156-cı yeri tutması bir daha xatırlanır.
Bəyanatda sentyabrın 11-də Ali Məhkəmənin Xural qəzetinin redaktoru Əvəz Zeynallının barəsində hökmü qüvvədə saxladığına, sentyabrın 17-də jurnalist Pərviz Həşimli həbs olunmasına da toxunulur.
XS
SM
MD
LG