Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:09

İsmayıllı istintaqı: Füzuli Ələkbərovun oğlunun ifadəsi


Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərov
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərov
.
Günün media icmalı (18oktyabr)

İsmayıllı istintaqı: Füzuli Ələkbərovun oğlunun ifadəsi

“Media forum” saytı İsmayıllı hadisələri ilə bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovun ifadəsindən yazır.

Zərərçəkmiş şəxs Vüqar Ələkbərov ifadəsində İsmayıllıdakı “Çıraq” otelinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mülkiyyət hüququnu təsdiq edən 9 mart 2011-ci il tarixli 0162374 nömrəli şəhadətnaməsinə əsasən xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alındığını bildirib. “Həmin otelin yerləşdiyi ərazi və tikilinin fiziki şəxsdən satın alındığını, otelin 01.08.2011-ci il tarixdə istifadəyə verildiyini, Mədəniyyət və Turizm Nazirliyindən lisenziya aldığını, 25.07.2011-ci il tarixli icarə müqaviləsinə əsasən otelin “VAFİ Turizm” MMC-yə icarəyə verildiyini, otelin inzibatçısı vəzifəsinə “VAFİ Turizm” MMC-nin direktorunun əmrinə əsasən Emil Şəmdinovun təyin olunduğunu deyib”.

Nazir oğlu hadisə baş verən gün Bakıda olduğunu bildirib. O ifadəsində “Chevrolet-Niva” markalı avtomaşının “VAFİ Turizm” MMC-yə məxsus olduğunu, yandırılmış “Hummer” markalı avtomaşın isə onun mülkiyyətində olsa da, həmin maşının alındığı vaxtdan, yəni 2011-ci ilin axırlarından “Çıraq” otelinin istifadəsinə verildiyini və orada saxlanıldığını, İsmayıllı şəhəri R.Teyyubzadə küçəsi, 8 saylı ev və orada yandırılan avtomaşınların isə qohumu Elxan Ələkbərovun (Nizami Ələkbərovun oğlu) mülkiyyətində olduğunu göstərib”.

ORXAN ZEYNALOV "TAMAŞASI"NIN PƏRDƏARXASI

“Bizim Yol” qəzeti yazır ki, “Rusiyanın daxili işlər naziri Vladimir Kokoltsevin Orxan Zeynalovu qəbul edib “nifrət və ikrah” dolu baxışlarla onu süzməsi əslində dünyanın ən böyük dövlətinin özünü aşağılaması idi. Aydın görünür ki, hadisə qəsdən şişirdilir, milli düşmənçiliyə çevrilir, miqrantlarla bağlı məsələ gündəmə gətirilir.

Orxan Zeynalov
Orxan Zeynalov
“Bizim Yol” onu da yazır ki, “Rusiya Azərbaycan hakimiyyətini Gömrük İttifaqına (Gİ) qoşmaq istəyir və Orxan Zeynalov şousu ilə göstərməyə çalışır ki, “azərbaycanlı miqrantları ölkədən çıxararıq və Azərbaycanda sosial gərginlik yaranar”.

AZƏRBAYCANLI MÜHACİRLƏR ATƏT PA MÜŞAHİDƏ MİSSİYASI RƏHBƏRİNİN PARTİYASI ÖNÜNDƏ PİKET KEÇİRİB

Turan agentliyinin xəbərinə görə, Almaniyadakı azərbaycanlı mühacirlər millət vəkili Doris Barnettin yaşadığı Ludviqshafen şəhərində üzvü olduğu Sosial-Demokrat partiyasının qərargahı önündə etiraz aksiyası keçirib.

“Mainz” Azərbaycan cəmiyyətinin məlumatına görə, deputat D.Barnett Azərbaycanda 9 oktyabr prezident seçkisini ATƏT Parlament Assambleyasının (PA) müşahidə missiyasının rəhbəri kimi izləyib. Deputat oktyabrın 13-də Monteneqronun Budva şəhərində keçirilən Assambleyanın payız sessiyasında daimi komitənin iclasında Azərbaycandakı seçkilər haqda müsbət fikirlər səsləndirib. D. Barnett seçkinin yaxşı hazırlandığını, bir çox cəhətlərinə görə Almaniyadakı seçkilərdən fərqlənmədiyini söyləyib.

Doris Barnett Bakıda keçirilən seçkilər zaman
Doris Barnett Bakıda keçirilən seçkilər zaman
Azərbaycanlı mühacirlər bu qiymətləndirməyə etiraz ediblər. Etirazçılar “Azərbaycandakı prezident seçkilərində saxtakarlığa niyə göz yumdunuz!”, “Dünya korrupsiyaya yox deyir, Siz demokratiyanın linç edildiyi bir seçimə nədən legitimlik qazandırırsınız!“, “Avropa demoktratiyası bumu!, “Almaniya siyasəti dünyaya sizin dilinizdənmi xitab edir!”, “Korrupsioner Əliyev hakimiyyətinə qucaq açan siyasətçilərə ar olsun!”, “Demokratiya bütün xalqların haqqıdır!” məzmunlu şüarlar qaldırıblar. Rəsmi Bakının “kürü diplomatiyasına” uyan avropalı siyasətçilərin ifşa ediləcəkləri və hərəkətlərinə görə cavab verəcəkləri bəyan olunub.

Etirazçıların önünə gələn D.Banett iradları dinləyib.

Deputat seçkilə bağlı fikirlərinin təhrif olunduğunu iddia edib: “Mənim fikirlərim efirə tam verilməyib və nəticədə indiki mənzərə yaranıb. Mən necə deyə bilərəm ki, Azərbaycanda seçkilər Almaniyadakı seçimlərdən fərqlənməyib?“.

“HƏBSİM HAKİMİYYƏTİN YUXARI EŞALONUNUN SİFARİŞİ ƏSASINDA HƏYATA KEÇİRİLİB”

Bunu “Azadlıq” qəzetinə müsahibəsində 25 sutkalıq həbsdən çıxan AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli deyib.

Türkel Kərimli bildirib ki, həbsinin səbəbi siyasidir və atasının fəaliyyətinə görədir.
“Əlbəttə, öz fəaliyyətimə görə yox, atamın siyasi fəaliyyətinə görədir bu sifariş. Hesab edirəm ki, həbsim hakimiyyətin yuxarı eşalonunun sifarişi əsasında həyata keçirilib. Elə düşünüblər ki, bu, atamı yolundan çəkindirəcək. Amma o, bunu heç vaxt etməz. Çünki, tutduğu yol haqq, ədalət yoludur. Atamla fəxr edirəm".

Türkel Kərimli deyib ki, 25 günlük həbs ona yalnız dərslərində müəyyən qədər geri salmaq baxımından təsir edib.

RAMİZ MEHDİYEVİN YENİ KİTABI ÇAP OLUNUB

Ramiz Mehdiyev
Ramiz Mehdiyev
“Yeni Azərbaycan” qəzeti yazır ki, “Azərbaycanı dəyişmiş on il (2003-2013)” - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Moskvadakı “QRİF i K” nəşriyyatı tərəfindən çapdan buraxılmış yeni kitabı belə adlanır. Müəllif əsərə “Ön söz” də qeyd edir ki, İlham Əliyevin iki Prezidentliyi dövründə ölkədə möhtəşəm dəyişikliklər baş vermiş, Azərbaycan dünyanın dinamik inkişaf etməkdə olan ölkələrindən birinə çevrilmişdir. Akademik Ramiz Mehdiyev vurğulayır: “İqtisadiyyatın görünməmiş yüksəliş göstəriciləri dünya iqtisadiyyatının sanballı simalarının diqqətini cəlb etmiş özünəməxsus rekorda oxşayır”.

BAKIDA GÜNƏŞ TUTULMASI OLACAQ

Trend agentliyinin xəbərinə görə, noyabrın 3-də Bakıda Günəş tutulması olacaq.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov agentliyə deyib ki, oktyabrın 18-dən 19-a keçən gecə saat 2.51-də Ay tutulması müşahidə edilməyə başlayacaq. Ay tutulması saat 6.48-də sona çatacaq. Yarımkölgəvari olacaq budəfəki Ay tutulması şimal yarımkürəsində müşahidə ediləcək. Bu tutulma adi gözlə müşahidə edilməyəcək. Prosesi yalnız çox həssas cihazlar qeydə ala bilərlər.
XS
SM
MD
LG