Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:05

Sabah «Azadlıq» qəzeti çıxmaya bilər


Azadlıq qəzetinin redaksiyası
Azadlıq qəzetinin redaksiyası
.
«Azadlıq» qəzetinin 23 oktyabr sayı işıq üzü görməyə bilər. Qəzetin baş redaktor müavini Rahim Hacıyev belə deyir.
Oktyabrın 22-də keçirdikləri mətbuat konfransında Rahim Hacıyev deyib ki, «Azərbaycan» Nəşriyyatının rəhbərliyi növbəti dəfə «Azadlıq» qəzetininin qarşısında tələb qoyub. Nəşriyyata olan 20 min manat borcun azı 5 mini bir gün ərzində ödənməlidir. Həm də bu qəzetin yeganə dərdi deyil:
«Oktyabrın 14-də «Azadlıq» qəzetinə Yasamal məhkəməsindən məktub gəlib ki, Kəbirə Məmmədova ilə bağlı məhkəmə çəkişməsi nəticəsində qəzet 30 min, müxbir Ramin Deko isə 2 min manat cərimə olunub. Bildirilir ki, 10 gün ərzində cərimə ödənilməsə qəzetin bank hesabı bağlanacaq. Qəzet üçün növbəti qara xəbər isə o oldu ki, oktyabrın 15-dən qezetin metrostansiyalarda yayımına qadağa qoyuldu».
Qəzet rəhbərliyinin dediyinə görə, belə vəziyyətin yaranmasının başlıca günahkarı qəzetə böyük miqdarda borcu olan «Qasid» Yayım Firmasıdır. Firma qəzetə olan 40 min manatdan artıq borcunu ödəmədiyinə görə qəzet də nəşriyyata olan borcunu qaytara bilmir. Mətbuat konfransında vəziyyətdən çıxış yolları aranıb, qəzetin durumu müzakirə olunub.
Qəzet rəhbərliyi yaxın günlərdə «Qasid» Yayım Firmasının binası qarşısında etiraz aksiyası keçirməyi planlaşdırır.

«QASİD» DEYİR Kİ...
Azadlıq qəzetinin çapı ilə bağlı bundan öncə də oxşar vəziyyət bir neçə dəfə yaşanıb.
«Qasid» Yayım Firmasının direktoru Mirkazım Kazımov AzadlıqRadiosuna açıqlamasında bildirmişdi ki, borcları var, ancaq mərhələ-mərhələ ödəyəcəklər. O, şəhərdə köşkləri götürüləndən sonra vəziyyətlərinin ağırlaşdığını söyləyir:
«Yayda birdən-birə 80 köşkümüzü götürdülər. Problem həm də bundan irəli gəlir. Bizim köşklər sovet dövründən qalmışdı, 6 kvadratmetr idi. İndi yeni köşklər qoyulub, o köşklərdə şərait də var. Bizim hələ o köşklərdən yoxumuzdur».
XS
SM
MD
LG