Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:33

“Kabinet siçovulu mənə xalqın nə düşündüyünü öyrədir”


Əkrəm Əylisli
Əkrəm Əylisli

Əkrəm Əylisli “Risskiy reportyor” saytına müsahibə verib: “Prezidentlər güzəştə getsələr, dərhal hakimiyyəti itirəcəklər”

-

«Əgər indi referendum keçirilsə, xalqın böyük hissəsi ermənilərlə münasibətlərin düzəlməyinə səs verər.

Yəni əgər ideologiya belə olsa ki, münasibətləri yaxşılaşdırmaq lazımdır, onda həmin günün axşamı xalq artıq fərqli düşünməyə başlayacaq.

Xalq elə əvvəlki xalqdır.

Amma problem bilirsiniz nədədir? Ermənistan prezidenti, ya da bizimki güzəştə getsələr, dərhal hakimiyyəti itirəcəklər”.

Qalmaqallı “Daş yuxular” romanının müəllifi, yazıçı Əkrəm Əylisli bunu “Risskiy reportyor” saytının müxbiri Şura Burtinə Bakıda müsahibə verərkən deyib.

Ə.Əylisli bildirib ki, onun romanı qətiyyən Azərbaycan xalqını təhqir etmir:

“Onlar istəyirlər ki, əgər erməni haqqında iki xoş söz deyirəmsə, üçünü də azərbaycanlı haqda deyim. Mənim işim-gücüm yoxdu ki, rəy balansı saxlayım. Mənim işim insanı təsvir etmək, duyğularını ifadə etməkdir. Bu, daxilən kövrək bir adamdır, bu həyatın dəlilik həddinə çatdırdığı bir insandır. Bir tərəfdən də öz kəndində ona danışılanlara görə ətrafında baş verənlərdən dəhşətə gəlir. Onun faciəsi ondadır ki, hamı onun düşüncələrinə, gələcəyə baxışına qarşıdır. Qardaşlar, gəlin etiraf edək ki, alçaq işlər tutmuşuq. Yalnız bundan sonra nəsə yaxşı bir şey alınacağına ümid etmək olar. Ağızlarına nə gəldi deyirdilər, gəlin, Əkrəmin qanını yoxlayaq. Halbuki bilirlər ki, mən təmiz türkəm, Deyirdilər ki, “Nobel” almaq istəyirəm. Mən bəyəm bazara mal çıxarmışdım? Ən pisi isə odur ki, xalqın adından danışırdılar. Hansısa kabinet siçovulu mənə xalqın nə düşündüyünü öyrədir”.
Əkrəm Əylislinin kitabları Gəncədə yandırılır, yanvar, 2013
Əkrəm Əylislinin kitabları Gəncədə yandırılır, yanvar, 2013

Yazıçı hesab edir ki, onun romanından sonra ermənilər azərbaycanlılara daha yaxşı münasibət bəsləyirlər:

“Əlbəttə, onlar arasında avantüristlər də var ki, istəyərlər, məni burda öldürsünlər, onlar da bundan vəhşi xalq obrazı yaratmaq üçün istifadə etsinlər. Amma ziyalılar, xeyli sayda sadə adamım münasibəti yumşalıb, onlar qəzəb hissindən azad olublar, sanki nəfəs dəriblər. Hərçənd mən bu əsəri ermənilər üçün yox, azərbaycanlılar üçün yazmışam”.
XS
SM
MD
LG