Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:18

Prezidentin qızı anasından yazdı, hesabı bağlandı


 Gulnara Karimova
Gulnara Karimova

(AzadlıqRadiosunun arxivindən, noyabr 2013)


Özbəkistan prezidentinin qızı Gulnara Karimova öz ailəsi haqda sərt tənqidi twitlər yazandan sonra onun Twitter hesabı bağlanıb.

Gulnara Karimova yazdığı son twitlərində prezident ailəsi daxilindəki problemlərin çoxunda öz anası – Tatyana Karimovanı və kiçik bacısı Lola Karimovanın əri – Timur Tilyaevi günahlandırırdı.

Prezident ailəsində isə problemlər çoxdur. Sentyabr ayında Lola Karimova BBC-yə verdiyi müsahibəsində deyirdi ki, öz bacısı – Gülnara Karimova ilə 12 ildir ki, küsülüdür.

Diplomat, pop ulduz, moda dizayneri olan 41 yaşlı Gulnara Karimova yazırdı ki, onun fəaliyyəti “ailəsinin qadınlardan ibarət hissəsinin xoşuna gəlmirdi” və “anasının son 2 ildəki fəaliyyəti hamının narahatlığına səbəb oldu”.

Gulnara Karimova twitlərində yazırdı ki, Çindən, Türkiyədən, BƏƏ-dən malların idxalı ilə bağlı anasının “şübhəli” əməliyyatları onun yaxın qohumu Akbarali Abdullayevi barmaqlıqlar arxasına saldı.

Prezidentin ailəsi
Prezidentin ailəsi


Çərşənbə günü isə Karimova yazırdı ki, Daşkənddə polis məntəqəsinə gedibmiş, çünki ekstremizdə günahlandırılan gənclər tutulubmuş.

Rusiya, Ukrayna və Orta Asiya ölkələrinin bir sıra media orqanları isə xəbər veriblər ki, Gülnara Karimova polis məntəqəsində ona görə olub ki, həbs edilən elə Gülnara Karimovanın özü olub.

Karimova son vaxtlar Twitterdə yazırdı ki, onun başçılıq etdiyi təşkilatlara və media orqanlarına təzyiqlər başlanıb və ya onlar istintaq altındadırlar.

XS
SM
MD
LG