Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:37

Benzin müzakirəsi: Hökumət gizlənpaç oynamamalıdır


Arxiv foto
Arxiv foto
-
Milli Məclisin dekabrın 3-də başlayan plenar iclasında cari məsələlərin müzakirəsi zamanı deputatlar əsasən iki məsələyə toxunublar. Bu məsələlərdən biri yanacağın bahalaşması, digəri isə Vilnüs sammiti ilə bağlı olub. Bəzi deputatlar ilkin olaraq yanacaq bahalaşmasına toxunublar və bunu hökumətin düşünülməmiş, tələsik qərarı adlandırıblar.
Bir neçə deputat isə çıxışına Vülnus sammitində Azərbaycanın atdığı addımı müsbət dəyərləndiriblər. Amma həmin deputatlar da çıxışlarını yanacağın bahalaşması ilə yekunlaşdırblar. Vilnüs sammitini Azərbaycanın xarici siyasətinin uğuru adlandıranlar həmin deputatlar yanacağın bahalaşması barədə belə münasibət fikir söyləməyiblər.
«MƏN HÖKUMƏTDƏN TƏLƏB EDİRƏM...»
Deputat İqbal Ağazadə büdcə layihəsinin müzakirəsi zamanı qiymətlərin artacağı barədə hökumət üzvlərinə sual versə də, ona cavab verilmədiyini deyib:
İqbal Ağazadə
İqbal Ağazadə
«Buna nə ehtiyac var idi? Nəyə əsasən yanacağın qiyməti artırılmalı idi? Sadəcə müraciət etdim deyə qiymət artırmalı deyildi. Əgər yanvardan 30 faiz qalxacaqsa, sentyabrdan bu 90%-ə çatacaq. Bu ciddi problemdir. Mən hökumətdən tələb edirəm ki, yenidən buna baxsın və bunu əsaslandırılsın. Mən başa düşmürəm ki, qiymət azalması niyə yanvarın 1-dən qüvvəyə minir, qiymət artımı isə dekabrın 3-dən?»
«HÖKUMƏT VƏTƏNDAŞLA GİZLƏNPAÇ OYNAMAMALIDIR»
Fazil Mustafa qiymət artımı ilə bağlı səsləndirilən fikirlərin heç bir əsasının olmadığını deyib.
«Hökumət vətəndaşla gizlənpaç oynamamalıdır. Pensiyalar artmalı idi. 125 manat yaşayış minumumu isə vətəndaşın bir avtomobil idarə etməsinə də bəs etmir. Əvvəlcədən az təminatlı insanların necə yaşacağı təxmin edilməli idi. Belə çıxır ki, bundan sonra hökumət yol, tunel çəkilişini dayandırmalıdır. Velosiped və piyada yolları çəkilməlidir. Neft ölkəsiyik. Azərbaycan xalqı nə vaxt bunun bəhrəsini görə biləcək?»
SİYAVUŞ NOVRUZOV: «BELƏ ÇIXIR Kİ, AZƏRBAYCAN DÖVLƏTİ XALQI FAZİL MUSTAFADAN DAHA AZ DÜŞÜNÜR»
YAP-çı deputat Siyavuş Novruzov millət vəkili Fazil Mustafanın fikirlərinə cavab verib:
S. Novruzov
S. Novruzov
«Belə çıxır ki, Azərbaycan dövləti xalqı Fazil Mustafadan daha az düşünür? Bu əsaslandırılır, analiz aparılır. Rabitə xərcləri də azaldıldı. Prezidentin sərəncamı ilə əmək haqqı, pensiya artırıldı. Kənd təsərrüfatı malları vergidən azad edildi. Demək istəyirəm ki, Azərbaycan neftindən sosial təbəqə də istifadə edir. Hesab edirəm ki, neftdən gələn gəlirdən Fazil Mustafa da az istifadə etmir».
SPİKER: DÜZDÜR, O BUNU «MƏZƏ» İLƏ DEDİ...
Siyavuş Novruzovun çıxışından sonra spiker Oqtay Əsədov müzakirələrə münasibət bildirib:
«Fazil Mustafa yaxşı bir təklif elədi. O, velosiped yolunu təklif elədi. Düzdür, o bunu «məzə» ilə dedi. Amma pis təklif deyildi. Paris də daxil olmaqla digər şəhərlərdə də velosiped sürürlər».
Asim Mollazadə deyib ki, qiymət artımı birdən yox, tədricən olsa idi daha yaxşı olardı.
AYDIN MİRZƏZADƏ: «QİYMƏT AĞRISIZ ÖTƏCƏK»
Aydın Mirzazədə yanacağın bahalaşması ilə bağlı həmkarlarından fərqli çıxış edib.
Aydın Mirzəzadə
Aydın Mirzəzadə
«Yada salım ki, yanacaq artımından danışanlar daha çox Azərbaycanın neft-qaz ölkəsi olduğunu qabardırlar. Böyük Britaniya və Norveçdə yanacağın qiyməti 2 -2,5 avrodur. Azərbaycanda isə hələ qalxandan sonra yanacağın qiyməti 82 sent olub. Bu qiymət artımından gələn pul büdcəyə gələcək. Bu da Azərbaycan səhiyyəsinə, mədəniyyətinə xərclənəcək. Hesab edirəm ki, artımdan qabaq hökumət müəyyən addımlar atıb və bu səbəbdən də qiymət artımı ağrısız ötəcək».
SABİR RÜSTƏMXANLI: «BİR RAYONA GEDİB GƏLƏNDƏ YANACAĞA BİR TƏQAÜDÇÜNÜN ALDIĞI PENSİYA QƏDƏR PUL XƏRCLƏYİRƏM»
Sabir Rüstəmxanlı bu yaxınlarda bəzi rayonlarda oıduğunu və adamlardan hökumətin kənd təsərrüfatına yardımından razılıq etdiklərini bildirdi.
«Bəzi həmkarlarım deyir Avropa ölkələrində yanacaq daha bahadır. Amma orda əməkhaqqı Azərbaycandakından 10-15. bəzi ölkələrdə isə hətta 20 dəfə yüksəskdir. Mən deputat kimi bir rayona gedib-gələndə yanacağa bir təqaüdçünün aldığı pensiya qədər pul xərcləyirəm».
XS
SM
MD
LG