Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:40

Müsavat nazirinin qızı Sovetlərin ünlü şairi olmağı necə bacardı?


-
Nigar Rəfibəyli və Rəsul Rza
Nigar Rəfibəyli və Rəsul Rza
Bu şəkil ötən əsrin qara ilində- 1937-ci ildə Bakıda çəkilib.
Hansı ayda, fərq etməz.
İlin özü kimi fəsilləri də qaradır…
Qara maşınlarda gəzən qara adamlar qara gecələrdə işıqlı insanları gedər-gəlməzə yollayırlar.
Bir-birini sevərək evlənmiş bu yaraşıqlı cüt elə bəlkə bu üzdən şəkil çəkdirmək fikrinə düşüb.
Yadigar qalsın deyə.
Ətrafda heç nədən haqsız gedən insanlar azdırmı?
Elə onların da başı qalmaqaldadır.
Bəlkə də, bu son şəkil olacaqdı…
Amma yox, tarixdə istisnalar da olur.
Bundan sonra onlar uzun bir ömür yaşayacaq, çoxlu fotolar çəkdirəcəklər.
Müsavat nazirinin qızı Nigar Rəfibəyli Sovet Azərbaycanının ordenli şairinə çevriləcək…
- 7 yaşından atasını itirmiş Nigar xanım dünyanı necə tanıdı?
- Atası Xudadat bəyin yoxluğunu necə qarşıladı?
- Nigar xanım Bakıya nədən gəldi?
- Onu Bakıda nələr gözləyirdi?
- 1930-cu ildə əynində parusin şalvar, qısaqol köynək, ayaqlarında rezin çəkmə, cibində 3-cə manat pulla paytaxta gələn Rəsul Rza Bakını necə fəth etdi?
- Nigar xanım öz yarını necə tapdı?
- Ömür yoldaşı Rəsul Rzanın həyatına nə qazandırdı?
- Bu gözəl cütlük 30-cu illər bolşevik maşınının ağzından necə salamat çıxa bildi?
- Onlar Sovetlərin ünlü şairinə necə çevrildilər?
Bu və digər sualların cavabı AzadlıqRadiosunun “İz” proqramında səsləndiriləcək “Rəsul Rza və Nigar xanım” dastanında açıqlandı.

DİNLƏ
XS
SM
MD
LG