Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:33

Türkiyədə 3 nazir istefa verdi


-
Türkiyədə 3-cü nazir istefa verdi. Dekabrın 25-i səhər saatlarında 2 nazir istefa vermişdi- Daxili işlər Naziri və İqtisadiyyat naziri, bundan bir neçə saat sonra Ətraf Mühit və Şəhərçilik naziri Erdogan Bayraktar həm nazirlikdən istefa verdi, həm də parlament üzvlüyündən. Bu da azmış kimi o, baş nazir Erdoganı da istefa verməyə çağırdı.

İndi istefa verən verən hər 3 nazirin oğulları dekabrın 17-də tutulan 24 nəfərin arasındadır. Onlar dövlət sifarişi ilə olan tikinti layihələrində korrupsiya, rüşvət, fırıldaqçılıq ittihamı ilə tutulublar.

Erdogan Bayraktar NTV televiziyasındakı çıxışında istefa verdiyini bildirəndə həm də deyib ki, tutulanların ittiham olunduğu “layihələrin böyük bir bölümü baş nazirin təlimatı ilə müəyyən olunub və təsdiqlənib.” Ona görə “bu milləti və vətəni rahatlamaq üçün baş bakanın istefa etməsini gərəkli bilirəm”.

Bundan əvvəl istefa verən İqtisadiyyat naziri Zafer Caglayan isə əksinə, demişdi ki, baş verənlər hökumət əleyhinə qiyamdır. Bununla belə o, “istefa verir ki, həqiqətin öz yerini tuta bilməsinə kömək etsin”.

Daxili İşlər naziri Muammer Guler də istefa bəyanatında 17 dekabr həbslərindən başlanan hadisələri “ hökumət, partiya və ölkə əleyhinə çıxmaq” adlandırır.

Baş nazir Erdogan da son günlərin qalmaqalını xaricdən idarə olunan və Türkiyəni sarsıtmaq məqsədi güdən proses olduğunu bildirir.

Reuters yazır ki. türkiyəli təhlilçilərin fikrincə, bütün bu baş verənlər Erdoganın islamçı AK partiyasına ictimai dayağı azaldır. Ancaq onun hökumətinə təhlükə hələlik yoxdur.

3-cü dəfədir ki, seçkini udub baş nazir olan Erdoganın hökuməti Türkiyənin iqtisadi çiçəklənməsinə nail olub.
Ancaq Reuters yazır ki, “indiki qalmaqalın dumanı” mart ayındakı yerli seçkilərdə AK partyanın üstünü ala bilər.

İŞDƏN ÇIXARILAN POLİSLƏR

Almaniyanın DPA agentliyinin məlumatına görə, Türkiyənin “Zaman” qəzeti yazıb ki, dekabrın 17-dəki həbslərdən sonra hökumətin işdən çıxartdığı polislərin ümumi sayı 500-ə çatıb.

Xatırldaq ki, hökumət polisin və prokurorluğun həyata keçirdiyi əməliyyatı “çirkli əməliyyat” adlandırdı və dərhal polis rəislərini prokurorları işdən çıxartmağa başladı.

İşdən çıxarılan prokurorlar və polis rəisləri rəsmən olmasa da, Fətullah Gülənlə bağlılıqda şübhəli bilinirlər.

Ancaq istənilən halda, türkiyəli təhlilçilərin fikrincə, hazırda ABŞ-da sürgündə yaşayan ilahiyyatçı lider Gülənin Türkiyənin polis və prokurorluğuna doğrudan da nüfuzu var.

Türkiyə prezidenti Abdulla Gul dekabrın 25-də birinci dəfə bu qalmaqalla bağlı öz sözünü deyib: “mən əminəm ki, ədliyyə sistemi yekun qərarını elə verəcək ki. heç kimin beynində bir sual belə qalmayacaq”.
XS
SM
MD
LG