Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:17

"Onda gərək Anarı da “Tələsmə, Zaur” sözünə görə xalq düşməni elan edək"


Mövlud Mövlud
Mövlud Mövlud
-

"Ona qalsa, “tələsmə, Zaur” söhbətinə görə gərək Anarı Xalq düşməni elan eləyək. Molla Pənah Vaqifi dərsliklərdən çıxaraq".

Bu sözləri son günlər "Qara bayram" hekayəsi qalmaqala səbəb olmuş gənc yazar Mövlud Mövlud elitar.az-a açıqlamasında deyib.

Prezident yanında Gənclər fondunun Pərviz Əzimovun ideya müəllifliyi ilə hazırlanan hekayə almanaxının yayımına qadağa qoyduğu deyilir. Fond bunu təkzib edir. İddiaya görə, qadağa M.Mövludun hekayəsindəki "məmə" sözünə görədir.

Gənc yazar daha sonra bildirib:

“Hekayədə etiraza səbəb olan yer belədir: “Mən ölüm, mən! Qardaşımı mən yazıq elədim! Məmələrim ilənsin mənim!”. Bu yaşlı bir arvadın dilindən yazılıb. Bizim yerlərin arvadları özlərinə həmişə belə qarğıyardı: “Məmələrim ilənsin mənim”. Adi bir el sözünün etiraza səbəb olması mənə qəribə gəldi. Vallah, məmə pis şey deyil... Əslində, günah məndədir, ürəyimin qanı ilə yazdığım yazını heç bir almanaxa təqdim etməməliydim. Elə yazıların mükafatını adama Allah verməlidir. Mənə elə gəlir ki, səbəb məmə deyil. Səbəb kitabın ideya müəllifi Pərviz Əzimovun aktiv mövqeyidir. Hər halda ortada olan fakt acınacaqlıdır: Biz hələ də kitabları həbs edirik".
XS
SM
MD
LG