Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:01

Dağlıq Qarabağdakı silahlı qüvvələr yeni hərbi texnika ilə təchiz olunub


Arxiv foto
Arxiv foto
-
2013-cü il ərzində Ermənistanın Dağlıq Qarabağdakı silahlı qüvvələri 33 yeni döyüş tankı və 110-dan artıq yeni hərbi yük maşını ilə təchiz olunub.

Bunu Dağlıq Qarabağdakı silahlı birləşmələrin komandanı general Movses Hakobyan ilin yekunları ilə bağlı Xankəndidə keçirdiyi mətbuat konfransında deyib.

Xəbəri AzadlıqRadiosunun erməni xidməti yayıb.

Movses Hakobyan hələ iyul ayında bildirmişdi ki, “Qarabağı Müdafiə Ordusu” son iki ildə o qədər ağır silah-sursatla təchiz olunub ki, ordu onları saxlamaqda çətinlik çəkir və buna görə də yeni depo tikmək planlaşdırılır.

Qarabağ ermənilərinin 2012-ci ildə yeni tank briqadası yaratdıqları məlumdur. Bu cür briqadalar adətən 100 tankdan ibarət olur.

Avqustda Qarabağa səfər edən Ermənistanın baş naziri Tiqran Sarkisyan silah alışındakı ciddi artımı vurğulayaraq demişdi:

“Ötən üç il ərzində biz əvvəlki 20 ildə aldığımız silah qədər silah əldə etmişik”

Ancaq Sarkisyan təfərrütlara varmamış, Rusiyaya işarə edərək yalnız onu söyləmişdi ki, “strateji tərəfdaşlarımız” silah yarışında neftlə zəngin Azərbaycandan geri qalmamaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Ermənistana kömək edirlər.

Son on ildə Azərbaycan ordu quruculuğuna neft gəlirlərindən milyardlarla dollar xərcləyib.

Məlumatlara görə, Bakı Rusiya ilə bağladığı hərbi kontraktlar çərçivəsində bu yay ümumi dəyəri 1 milyard dollar olan 100 tank və digər hücum silahları alıb.
XS
SM
MD
LG