Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:44

Yetim uşaqları övladlığa götürənlərə mənzil veriləcək...


arxiv foto
arxiv foto
-
“Komsomolskaya pravda” qəzetinin xəbərinə görə, bu gün – yanvarın 14-də Moskva hökuməti yetim uşaqları övladlığa götürənlərə mənzil vermək qərarına gəlib. Qəzet Rusiya paytaxtında yetimlərin sayını da göstərib – 19 min 131 uşaq. Bu uşaqların 80 faizi – 15 min 396 nəfəri ayrı-ayrı ailələrin himayəsinə verilsə də, Moskvanın uşaq evlərində və internatlarında 3 min 735 uşaq qalır. Bunların 2 min 512 nəfərinin azı 10 yaşı var, 1532 nəfərsə əngəlli uşaqlardır.

Yanvarın 30-dan Moskva hakimiyyəti uşaqları övladlığa götürən ailələrə pulsuz mənzil verməyə başlayacaq. Ögey ata-analar həm Rusiya vətəndaşı, həm də azı 3 il evli olmalıdırlar. Övlad götürmək istəyən qadınların yaşı 45-i, kişilərinsə 50-ni keçməməlidir.
Yetimləri övladlığa götürmək istəyən hər bir kəs psixoloji müayinədən və söhbətdən də keçəcək. Pulsuz mənzil almaq üçün ailə azı 5 yetimi övladlığa götürməlidir. Həmin uşaqların 3-ünün azı 10 yaşı və ya əlilliyi olmalıdır.
XS
SM
MD
LG