Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:31

Azərbaycan dünyanın 48 qeyri-azad ölkəsindən biridir


Rəşid Şerifin karikaturası
Rəşid Şerifin karikaturası
-
“2013-cü ildə Azərbaycan, Rusiya, Ukrayna və Qazaxıstanda siyasi və vətəndaş azadlıqları ilə bağlı vəziyyət xeyli pisləşib”.

Freedom House təşkilatının yanvarın 23-də yaydığı “Dünyada azadlıqların vəziyyəti haqqında- 2014” hesabatında belə deyilir.

Dünyanın 195 ölkəsini və 14 ərazini əhatə edən hesabatda Azərbaycanın adı qeyri azad 48 ölkə arasınmda yer alıb.

Sənədədə Mərkəzi Afrika Respublikası, Ekvatorial Qvineya, Somali, Sudan, Suriya, Eriteria, Şimali Koreya, Səudiyə Ərəbistanı, Türkmənistan, Özbəkistan dünyadakı 10 ən repressiv rejimlərin yer aldığı siyahıya daxil edilib. Belarusda vəziyyətin bu ölkələrdən bir qədər fərqləndiyi qeyd olunur.

Hesabat müəlliflərinin qənaətincə, ötən il Pakistanda vətəndaş və siyasi azadlıqlar baxımından vəziyyət yaxşılaşıb. Əfqanıstanda isə demokratik standartlarla bağlı vəziyyətin pisləşməkdə davam etdiyi bildirilir.

Bu ölkələrdən fərqli olaraq Gürcüstan və Moldovada vətəndaş və siyasi hüquqların təminatı sahəsində tərəqqi olduğu deyilir.

“Dünyada Azərbaycan kimi azad və firavan ölkə görməmişəm”

“Freedom House” ın hesabatı qərəzlidir və bu hesabatların bir il əvvəldən necə hazırlandığı bizə məlumdur”.

Bunu AzadlıqRadiosuna Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Yevda Abramov deyib:

“Bu təşkilat Azərbaycana qarşı ikili standartla yanaşır. Mən bütün ölkələri gəzmişəm, Azərbaycan kimi azad və firavan ölkə görməmişəm. “Freedom House”un hesabatlarına bələdəm, onlara o məlumatları hansı qeyri-hökumət təşkilatlarının verdiyini də yaxşı bilirəm”.

XS
SM
MD
LG