Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:23

Tarixin ən bahalı Qış Olimpiadası: Soçi – 60 milyard dollar [İnforqrafika]


Arxiv foto: Soçi Olimpiadasının təşkilat komitəsi üzvləri Ufa regionundan keçərkən Olimpiya məşəllərini "öpüşdürürlər". 21 dekabr 2013
Arxiv foto: Soçi Olimpiadasının təşkilat komitəsi üzvləri Ufa regionundan keçərkən Olimpiya məşəllərini "öpüşdürürlər". 21 dekabr 2013
-

Fevralın 7-də Soçidə başlayacaq Qış Olimpiya Oyunları son 30 ilin Olimpiya tarixində ən bahalı oyunlar kimi düşür. Rusiyanın Baş naziri Dmitry Medvedev yanvarın 22-də CNN telekanalının əməkdaşı Christiane Amanpour-a müsahibəsində bu Olimpiadanın Rusiya büdcəsinə azı 200 milyard rubla – təxminən 60 milyard dollara başa gələcəyini deyib.

Amma Baş nazir qeyd edir ki, söhbət təkcə Olimpiadanın təşkili xərclərindən getmir:

“Ümumilikdə yolların, dəmir yolu xətlərinin çəkildiyini, çox mürəkkəb infrastruktur problemlərinin həllini, Soçidə on illərlə yığılıb qalmış elektrik, su təchizatındakı problemlərin həllini nəzərə alanda əlbəttə, rəqəmlər də kifayət qədər böyük olur. Amma hər halda buna eyni zamanda Rusiyanınregionlarından birinin inkişafına qoyulmuş investisiya kimi baxılmalıdır.”

Rusiya rəsmiləri dövlət büdcəsindən bu Olimpiada üçün ayrılan pulların az qala yarıya qədərinin mənimsənməsi barədə müxalifətdən səslənən ittihamları da rədd edirlər.
Keçən ilin mayında Rusiyanın keçmiş Baş nazirinin müavini Boris Nemtsov “Həmrəylik” hərəkatının üzvlərilə birlikdə hazırladığı xüsusi hesabatda Soçidə Olimpiada təşkili üçün ayrılan pulun azı 30 milyard dollarının mənimsəndiyini iddia etmişdi.

Amma Soçidə külli miqdarda mənimsəmə iddiaları təkcə Rusiya müxalifətindən səslənmir. Bu yaxınlarda Beynəlxalq Olimpiya Komitəsinin üzvü Gian-Franco Kasper də İsveçrənin dövlət televiziyasına müsahibəsində Soçi Olimpiadasına hazırlıq üçün dövlət büdcəsindən ayrılan 50 milyard dollardan çox pulun üçdə-birinin mənimsəndiyini deyib.

Bütün hallarda Rusiyanın Baş naziri Dmitry medvedevin özünün də səsləndirdiyi 60 milyard dollar son 30 ilin Qış Olimpiadaları tarixində ən yuxarı rəqəmdir:

Rusiya rəsmiləri isə israrla hər hansı korrupsiya olmadığını deyirlər.

Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Zhukov yanvarın 23-də keçirdiyi mətbuat konfransında bildirib ki, fevralın 7-dən 23-ə qədər davam edəcək bu idman bayramının özünün də indiyə qədərki yarışlardan fərqli təşkil edildiyini bildirib. “22-ci Soçi Qış Olimpiadası çağdaş olimpiya hərəkatının ən böyük yarışı olacaq. Dünyanın 85 ölkəsindən 2 750 atletin yarışalara qatılması gözlənir. 15 idman növündə 85 dəst medal veriləcək. Müqayisə üçün deyək ki, 2010-cu ildə keçirilmiş sonuncu Vankover olimpiadasında 12 dəst medal verilmişdi. ”

Zhukov qeyd edir ki, Soçi Olimpiadasını 13 000 media təmsilçisi işıqlandıracaq.
XS
SM
MD
LG