Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:42

Ukraynada saxlanan etirazçılar azad olunacaq, amma...

Ukrayna müxalifəti parlamentin qəbul etdiyi amnistiya haqqında qanun layihəsini qeyd olunan şərtlərlə qəbul etməyə hazırlaşmır

KİYEVDƏN CANLI YAYIM
20:58 25.1.2014

Ukrayna parlamentindəki müxalifət fraksiyasının liderləri ilə prezident Viktor Yanukovych arasında danışıqların yeni raundu keçirilir.

Məqsəd ölkədəki böhranlı vəziyyətdən çıxış yolu tapmaqdır.

Bundan əvvəl müxalifət prezidenti fövqəladə vəziyyət elan etməməyə çağırıb.

Ali Radanın sədri Vladimir Rybak yanvarın 28-də parlamentin növbədənkənar sessiyasının çağırılması ilə bağlı sərəncam verib. O, müxalifəti əmin edib ki, həmin sessiyada fövqəladə vəziyyətlə bağlı məsələyə baxılmayacaq.

Ukrayna qanunlarına görə, parlamentin razılığı olmadan prezident fövqəladə vəziyyət elə edə bilməz.

«UDAR» partiyasının lideri Vitali Klitschko milisləri, xüsusitəyinatlı dəstələri, hakim və prokurorları vətəndaşlara qarşı repressiyalarda iştirak etməməyə, onları qorumağa çağırıb.

Kiyevin Qruşevski küçəsində etirazçılarla xüsusitəyinatlılar arasında gərginliyin davam etdiyi bildirilir. Müxalifət qarşıdurmalarda 5 aksiyaçının öldüyünü bildirsə də, rəsmi qurumlar iki ölüm faktını təsdiqləyirlər.
20:59 25.1.2014
Yanvarın 19-dan başlayaraq Kiyev şiddtəli toqquşmalar meydanına çevrildi. Burada baş verənlər əsl müharibəni xatırladırdı. Etirazçılarla "Berkut" polis dəstəsi arasındakı qarşıdurmada müharibənin bir çox atributları var idi - təmas xətti, hücum və əks-hücum, atəşkəs. AzadlıqRadiosu hadisələrin baş verdiyi əraziyə Google xəritəsindən nəzər salır.

Kiyevdə nə, harada və necə baş verdi (infografika)
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00
22:02 25.1.2014
Qarşıdurma məkanının dairəvi görüntüsü

22:41 25.1.2014
Yanukovych baş naziri qurban verir

Yaranmış siyasi böhranı aradan qaldırmaq üçün Ukrayna prezidenti parlament müxalifətinin lideri, "Batkivshina" (Vətən) fraksiyasının rəhbəri Aresniy Yatsenyuk-a baş nazir Azarov-un yerini tutmağı təklif edib. Prezidentin rəsmi saytında ədliyyə naziri Olena Lukash-a istinadən yayılan xəbərdə bildirlir ki, müxalifət liderləri ilə görüşdə Yanukovych bir sıra siyası tələbləri qebul etdiyini, 2004-cü ilədək ölkədə mövcud olan parlament republikasına keçməyə hazır olduğunu bildirib. Müxalifətin digər lideri, sabiq boksçu V.Klitshko-ya baş nazirin müavini vəzifəsi təklif olunub.

Ukrayana müxalifətinin liderləri Oleh Tyahnybok (solda), Vitaly Klitschko (ortada) və Arseny Yatsenyuk . Yanvarın 25-də dini liderələrlə görüşdə
Ukrayana müxalifətinin liderləri Oleh Tyahnybok (solda), Vitaly Klitschko (ortada) və Arseny Yatsenyuk . Yanvarın 25-də dini liderələrlə görüşdə


Grushevskidə vəziyyət gərgin olaraq qalır.

Avromaydan etriazları Ukraynaya yaılır. Ölkənin bir sıra vilayətlərində etirazçılar Yanukovychin təyin etdiyi icra hakimlərini vəzifədən uzaqlaşdırırlar.

Davamı

XS
SM
MD
LG