Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:36

Ukraynada saxlanan etirazçılar azad olunacaq, amma...

Ukrayna müxalifəti parlamentin qəbul etdiyi amnistiya haqqında qanun layihəsini qeyd olunan şərtlərlə qəbul etməyə hazırlaşmır

KİYEVDƏN CANLI YAYIM
11:40 28.1.2014
HAKİM PARTİYADA FİKİR AYRILIĞI VAR
Baş nazir Mykola Azarov
Baş nazir Mykola Azarov

Ukraynanın hakim regionlar partiyasının parlament fraksiyasında baş nazir M.Azarovun istefası ilə bağlı fikir ayrılığı var. AzadliqRadiosunun Ukrayna xidməti xəbər verir ki, bu partiyadan olan deputatların bir qismi bildirib ki, Azarov hökumtıində etimadsızlıq haqda qərar Ali Radanın bugünkü iclasında qəbul olunacaq. Lakin fraksiyasnın rəhbər müavini Mikhailo Chechetov bəyan edib ki, parlament istefa məsələsini bu gün müzakirə etməyəcək.

Prezident Yanukovych son günlərdə bir neçə dəfə müxalifətlə baş nazir postunu və hökumətin yenidən formalaşadırılmasını təklif edib.
13:16 28.1.2014
Ukraynanın baş naziri Mykola Azarov istefa verib.

Bu barədə bəyanat Nazirlər Kabinetinin saytında yerləşdirilib. Baş nazirin sözlərinə görə, bu qərarı “ictimai-siyasi kompromis üçün əlavə imkanlar yaratmaq, münaqişənin dinc yolla həlli”, bundan başqa Ukraynanın bütövlüyünün saxlanması naminə verib.

Öz işini dəyərləndirən Azarov əmin edir ki, “bütün bu çətin illər ərzində o, Ukraynanın demokratik Avropa dövləti kimi normal inkişafı üçün hər şeyi edib”. Mən qərarı Ukrayna xalqının maraqları naminə qəbul etdim. “Ona görə dövlətimizin hər bir vətəndaşının gözləri içinə vicdanla baxa bilərəm” - o qeyd edir.
Müxalifət fəalları Azarovun istefasını istəyirdi. Onu Avropa Birliyi ilə Assosiasiya sazişindən imtinada ittiham edirlər.
Azarov Ukraynanın vergi administrasiyası, daha sonra maliyyə nazirliyinə rəhbərlik edib. 2010-cu ildən baş nazirdir. 2012-ci ilin parlament seçkilərindən sonra yenidən bu posta təyin olunub.
14:37 28.1.2014
CATHERİNE ASHTON KİYEVƏ GEDİR.

Bu haqda Avripa Birlyinin twitter mikrobloqunda xəbər yerləşdirilib.

Davamı

XS
SM
MD
LG