Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:03

MTN əməkdaşı NİDA-çıların məhkəməsində ifadə verib


"Nida"çıların məhkəməsində MTN əməkdaşı ifadə verib
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00
-
Yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində «Nida» Vətəndaş Hərəkatı üzvlərinin işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə iştirak edən vəkil Nemət Kərimlinin Media Forum saytına dediyinə görə, prosesdə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Qasım Tağıyev şahid ifadəsi verib:

«Qasım Tağıyev «Nida»çı Şahin Novruzlu tutulan vaxt onun yaşadığı evdə axtarış aparıb. Qasım Tağıyev bir çox suala «bilmirəm», «xatırlamıram» kimi cavablar verdi. O, Şahinin evində kiminlə axtarış apardığını, orda video çəkiliş aparan şəxsin kim olduğunu xatırlamadığını dedi».

Proses yanvarın 31-də davam etdiriləcək.
XS
SM
MD
LG