Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:50

Olimpiya məşəlinin sərgüzəştləri


«Morj»lar Olimpiya məşəli ilə buzlu suda olimpiya məsafəsini qət edirlər.
«Morj»lar Olimpiya məşəli ilə buzlu suda olimpiya məsafəsini qət edirlər.
-
Soçi olimpiadasının məşəli yandırıldı – 22-ci qış oyunlarına start verildi. Hər 4 ildən bir keçirilən bu yarış Rusiya üçün dünyada özünütəsdiqin bir formasına çevrilib. Bu günlərdə olimpiada sahiblərini çox şeydə qınamaq olar, xəsislikdən başqa.

Dünyanın ən bahalı olimpiadası olacaq Soçi-2014 tarixə daha bir bənzərsiz hadisə ilə qədəm qoyur. Olimpiya alovunun səfəri bu oyunlar tarixinin ən kütləvi və ən uzun estafetidir. Təşkilatçıların planına uyğun olaraq, 123 gün ərzində əldən-ələ keçən alov 65 min kilometr məsafə qət edib, dünyanın 3 minə yaxın yaşayış məntəqəsindən keçərək, dünyanın ən dərin gölü olan Baykalın dibinə endi. Avropanın ən yüksək zirvəsi Elbrusda qalxdı, Şimal qütbünə baş çəkdi və nəhayət, kosmosa çıxmağa macal tapdı. Məşəl daşımaq kimi şərəfli işdə 14 min adam iştirak etdi.

2013-cü il oktyabrın 6-da Olimpiya alovu Rusiyanın paytaxtına gəldi. Onu 200 motosikletçinin müşayiəti ilə aeroportdan Moskvaya gətirərək, Qızıl meydanda ölkə prezidenti V.Putin-ə təhvil verdilər.

Oktyabrın 25-də «Qələbənin 50 illiyi» atom buzqıran gəmisi alovu Şimal qütbünə gətirdi.
Olimpiya məşəli kosmosda
Olimpiya məşəli kosmosda

Noyabrın 9-da kosmonavtlar Oleg KotovSergey Ryazansky Olimpiya alovunu Yerin orbitinə çıxartdılar. Bu mərhələdə məşəl estafetindən ancaq şərti olaraq danışmaq lazım gəlir, çünki təhlükəsizlik nöqteyi-nəzərindən məşəlin qaz kranını hələ Baykonur kosmodromunda bağlamaq lazım gəlirdi.

Noyabrın sonunda məşəl Baykalın dibinə endi. Doğrudur, bunu gölün ən dayaz hissəsində, Anqara çayının yatağına yaxın olan hissəsində həyata keçirdilər. Burada suyun dərinliyi cəmi 23 metr idi. Xatırladaq ki, Baykalın orta dərinliyi 744 metr, ən dərin nöqtəsi isə 1600 metrdir.

KALİNİNQRADDAN TUTMUŞ VLADİVOSTOKA QƏDƏR...

2014-cü il fevralın 1-də Olimpiadanın təşkilat komitəsi elan etdi ki, Olimpiya alovu Elbrusda da yandırılıb. Lakin onu zirvəyə hələ 2013-cü ilin oktyabrında çıxarmışdılar. Belə ki, qışın oğlan çağında Elbrusdakı hava şəraiti alpinistlərin işini mümkünsüz edir.
Olimpiya məşəli Baykalın dibində
Olimpiya məşəli Baykalın dibində

Sonra Yenisey çayında «morj» üzgüçüləri məşəli yuxarıda tutub buzlu suda olimpiya məsafəsini qət etdilər.

Olimpiya alovu daha haralarda olmadı ki. Xakasiyada Rusiyanın ən hündür su bəndinin üstündə, Kamçatkada aktiv Avaçin vulkanının kraterində, Buryatiyada Rusiya buddistlərin mərkəzi olan İvolqinski məbədində.

Məşəli daha hansı nəqliyyat vasitəsində gəzdirmədilər ki. Kosmik raket və təyyarədən başqa, Həştərxan vilayətində dəvələrdə, Naryan-Marda marallarda, Çukotkada it xizəklərində hərəkət edən olimpiya məşəlini Rostov və Krasnodar vilayətlərində taxıl kombaynları daşıdı.

100 DƏFƏ SÖNDÜ

Marşrut əzəmətinə baxmayaraq, məşəl estafeti heç də tam planlaşdırıldığı kimi keçmədi. Bəzi hesablamalara görə, 4 ay ərzində onun alovu təqribən 100 dəfə söndü. İlk belə hal isə estafetin artıq birinci günü baş verdi, məşəl sualtı üzgüçülük üzrə dünya çempionu Shavarsh Karapetian-ın əlində gözlənilmədən alovunu itirdi.
4 ay ərzində alov 100 dəfə söndü
4 ay ərzində alov 100 dəfə söndü
Federal mühafizə xidmətinin əməkdaşı onun köməyinə gəlib alışqanı ilə məşəli yenidən yandırdı.

Məşəli hazırlayanlar vaxtilə fəxrlə raport verirdilər. Deyirdilər ki, bu məşəllərin alovu heç bir halda sönən deyil.

Lakin artıq estafetin gedişində rəsmi mövqe bir qədər dəyişdi. Baş nazir D.Medvedev məşəlləri hazırlayan texnologiya mərkəzini ziyarət edəndə, alov daşıyıcısının mühəndisləri deyirdilər ki, bu məşəllərin cəmi 1 faizi alovu itirir, qış olimpiadalarında isə orta hesabla 5 faiz məşəl sönür. «Bizdə jurnalistlər daim mənfi şeylər axtarırlar, amma məşəllərin keyfiyyətinə görə biz həqiqətən də dünya rekorduna tərəf gedirik» deyə məşəli hazırlayan mühəndis fəxrlə raport verirdi.

QAÇDI VƏ ÖLDÜ...

Məşəlin «başağrısı» isə ancaq onun sönməsi ilə məhdudlaşmırdı. Kostromada, əksinə, alovun gücündən məşəl 13 yaşlı qızın əlində partladı.
Kurqanda Olimpiya alovu bir nəfərin həyatına son qoydu
Kurqanda Olimpiya alovu bir nəfərin həyatına son qoydu
Yekaterinburqda məşəlçilərin birinin papağı od tutdu, bir neçə gündən sonra isə Olimpiya alovunun dilləri daha bir məşəlçinin paltarını yandırdı. Oxşar hadisə Abakanda baş verdi, keçmiş olimpiyaçı Petr Makarchuk-un kurtkası alovlandı.

Kurqanda isə Olimpiya alovu bir nəfərin həyatına son qoydu. 73 yaşlı güləş məşqçisi Vadim Gorbenko məşəl estafetinin özünə məxsus hissəsini qaçanda halı pisləşdi. Təəssüf ki, onun həyatını xilas etmək mümkün olmadı.

Rusiyanın müxtəlif regionlarında keçən olimpiya estafeti yerli məmurlar arasında spontan yarış da doğurdu. Onların hər biri çalışırdı estafet onun məsul olduğu ərazidən qada-bəlasız ötüşüb keçsin.

HİCABLI QADINLARI ŞƏNLİKLƏRƏ BURAXMADILAR

Təhlükəsizliyi təmin etmək üçün Perm şəhərində kanalizasiya qapaqlarını qaynaqlayıb yerə bərkitdilər. Mahaçqalada isə hicablı qadınları estafet şənliklərinə buraxmırdılar.
Uzaq Saxalin sakinləri Olimpiya məşəlini belə qarşıladılar
Uzaq Saxalin sakinləri Olimpiya məşəlini belə qarşıladılar
Smolenskdə estafetin keçdiyi yollardan bütün maşınları bir gecənin içində yığışdırdılar. Söhbət ümumi uzunluğu 10 kilometr olan 20 küçədən gedir. Evakuatorların neçə maşın daşıdığını ancaq təxmin etmək olar.

Təhlükəsizlik tədbirləri çərçivəsində yerli rəsmilər bütün etiraz aksiyalarının qarşısını qətiyyətlə alırdılar. Rusiyanın müxtəlif yerlərindən estafet marşrutunda piket keçirmək istəyən fəallarının həbsi haqda məlumatlar gəlirdi.

Bryanskda isə yerli qalmaqal millətlərarası zəmində baş verdi. Məşəl təntənələrində çeçen Ramzan Dudugov-un «ləzginka» oynaması internetdə etiraz dalğası yaratdı. Dudugov bildirdi ki, onun rəqsi şənlik proqramının bir hissəsi idi və heç kimi təhqir etmək fikrində olmayıb.

Nijni-Novqorodda suvenir satıcılarından biri maraqlı ideya tapdı. Satdığı məşəlləri xoxloma naxışları ilə bəzədi. Məşəllərin satışı? Elədir, Rusiyada bunu gəlirli iş saymağa başlayıblar. Estafetdə iştirak edən hər kəs daşıdığı məşəli təşkilatçılardan 13 min rubla ala bilərdilər. Bu məşəllərin suvenir kimi satışında isə bundan 3-5 dəfə artıq məbləğə rast gəlirdən.

Olimpiadanın əsas atributu olan «Fişt» stadionunun nəhəng məşəli də təşkilatçılara sürpriz hazırlamışdı, ilk sınaq alovlanmasında ətrafa qatı qara tüstü buraxmışdı.
XS
SM
MD
LG