Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:20

Krımda əhalinin 96 faizi Rusiyaya birləşməyə səs verib


Krımda referendum
Krımda referendum
-
Son məlumatlara görə, Krımda keçirilən referendumda əhalinin 96 faizi Rusiyaya birləşməyə səs verib.

Bu barədə referendum keçirilməsi üzrə komissiyanın sədri Mikhail Malyshev məlumat verib.

Onun sözlərinə görə, 3.5 faiz Krımın Ukraynanın tərkibində qalmasına səs verib.

Ukrayna seçki komitəsinin Krım bölməsinin rəhbəri Andrew Krys'ko AzadlıqRadiosuna Krımda keçirilən səsvermənin çoxsaylı pozuntularla keçirildiyini deyib.

Rəsmi Kiyev, həmçinin ABŞ və Avropa Birliyi, ATƏT və digər beynəlxalq təşkilatlar referendumu konstitusiyaya zidd adlandırıblar. Rusiya referendumu ligitim sayır.

Martın 17-də Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Brüsseldə Krımda keçirilən referendumu və Rusiyaya qarşı mümkün sanksiyaları müzakirə edəcəklər.
XS
SM
MD
LG