Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:09

«Alatoran zonaya xoş gəldin, Krım»


Simferopol, 15 mart 2014
Simferopol, 15 mart 2014
-
Britaniyalı jurnalist, hazırda Amerikadakı Karneqi Fondunda araşdırmaçı kimi çalışan Thomas de Waal-ın martın 19-da «Eurasia Outlook»da dərc olunmuş məqaləsi belə adlanır. Müəllif yazır:

QEYRİ-XOŞBƏXT SİYAHI

«Krımlıların çoxu bunu hələ dərk etmir, ancaq bircə güllə də atılmadan bir neçə günün içində Krım beynəlxalq suverenliyin alatoran zonasında yaşayan Avropa ərazilərinin siyahısına qoşulub.

Bu, xoşbəxt siyahı deyil. Bu siyahı Şimali Kiprlə başlayır, keçmiş sovet məkanında Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı regionlarla bitir. Balkanlarda Kosovo nisbətən kölgədən çıxıb, onu 107 ölkə tanıyıb, ancaq hələ də BMT-də yer ala bilməyib. Srpska Respublikası və Çeçenistan hələlik kölgə statuslarından imtina ediblər – azı indilik.

Digərlərindən fərqli olaraq, Krım sadəcə digər ölkə, Rusiya tərəfindən udulur. Bir erməni müşahidəçiyə görə, Krım dörd gün ərzində Dağlıq Qarabağın 26 ildə gedə bildiyindən daha çox irəliləyib.

ƏSAS SONRASIDIR

Ancaq bu ərazinin beynəlxalq qanunilik əldə etməsi elə də asan olmayacaq. Aydın görünən odur ki, Ukraynanın bir hissəsi olmaq istəyənlər – ukraynalılar, tatarlar və Avropayönlü ruslar daha çox əziyyət çəkəcək. Ancaq Simferopol küçələrində şənlik edən krımlı ruslar da tezliklə anlayacaqlar ki, həyat onlar üçün elə də asan deyil.

Bank hesabınız, içindəki valyuta necə olacaq? Artıq ziddiyyətli məlumatlar gəlməkdədir.

Hava limanlarınız beynəlxalq uçuşları qəbul edəcəkmi? Xaricə necə səfər edəcəksiniz və hansı pasportla? Bunlar Abxaziya və Dnestryanı bölgələrin yaşadıqları acı problemlərdir.

Hələ Ukraynada mülkiyyət hüquqları, Ukraynadan elektrik və su təchizatını demirik.

HEÇ KƏSƏ LAZIM OLMAYAN SEÇİM

Krım məsələsinin qəribə tərəfi odur ki, bu durum münaqişədən doğmayıb. Digər ərazilərin kədərli, təcrid olunmuş statusu qan axıdılandan sonra, başqa seçim olmadığından ortaya çıxıb. Krımda isə döyüş Rusiyanın ilhaqından sonra başlayıb. Onların təcridi, rusların dediyi kimi, heç nədən, prezident Putin belə istədiyi üçün baş verir.

Ancaq münaqişə üçün təhlükəli presedentlər də var. Bosniya nümunəsindən narahatlıqlar mövcuddur. Bəzi müşahidəçilərə görə, Putin Slobodan Milošević-in, Krımın baş naziri Sergei Aksyonov isə Radovan Karadžić-in rolunu oynayır. Məqsəd çoxmillətli cəmiyyətdə dəlik açmaqdır.

Krımda zorakılıq potensialı Bosniyada olduğundan azdır. Faciə ondadır ki, bu seçim heç kəsə lazım deyildi. Krımın muxtariyyəti onsuz da geniş idi və çox adam Rusiya, ya Ukraynanın tərkibində olmağı düşünmürdü. Onlar hər iki dövlət ilə sakitcə yanaşı yaşayırdılar. Bu həftə Kremlin «Damokl qılıncı» endirilənədək.

Yazını sayta hazırladı: Arifə Kazımova
XS
SM
MD
LG