Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:36

Putin və Sarkisian Krım məsələsini müzakirə etdilər


Erm'nistan - Putin və Sarkisian. 2 dekabr 2013
Erm'nistan - Putin və Sarkisian. 2 dekabr 2013
-

Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serzh Sarkisian-la Krım məsələsini və Ermənistanın Gömrük İttifaqına qoşulmasını müzakirə edib.

Prezidentlər arasında telefon söhbəti haqda xəbəri Kremlin mətbuat xidməti yayıb.

Mətbuat xidməti Krımın Rusiya tərəfindən anneksiyasını “Krım və Sevastopolun Rusiya Federasiyasına birləşməsi” kimi təqdim edir, Putinlə Sarkisianın bu məsələ ətrafında fikir mübadiləsi apardığını qeyd edir. Xəbərdə prezidentlərin Rusiya-Ermənistan əməkdaşlığı ilə bağlı məsələlərin, eləcə də Ermənistanın Gömrük İttifaqına qoşulması ilə bağlı razılaşmaların yerinə yetirilməsi vəziyyətinin müzakirə edildiyi də deyilir.

Ermənistan prezidentinin mətbuat xidmətindən isə “RİA Novosti”yə bildiriblər ki, “həmsöhbətlər Krımdakı referendumdan sonra yaranan vəziyyətə toxunublar və bildiriblər ki, bu, xalqların öz iradəsini azad ifadə etmək yolu ilə öz müqəddəratlarını müəyyən etməsinə növbəti nümunədir”.

Ermənistan prezidentinin mətbuat xidmətindən onu da bildiriblər ki, “telefon söhbətində eyni zamanda beynəlxalq hüququn prinsiplərinə, ilk növbədə də BMT nizamnaməsinə sadiqliyin vacibliyi qeyd edilib”.

“RİA Novosti” Sarkisian-ın mətbuat xidmətinə istinadla yazır ki, prezidentlər Dağlıq Qarabağ probleminin həlli yönündə atılan addımları da müzakirə ediblər . Ermənistan prezidenti Rusiyanın Minsk qrupunun həmsədri kimi münaqişənin dinc yolla həlli yönündə səylərini yüksək qiymətləndirib. Sarkisian Ermənistanın Minsk qrupu ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu deyib.

Məlumatda o da deyilir ki, telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub.
XS
SM
MD
LG