Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:54

Tymoshenko-nun gizli səs yazısı Youtube-a qoyuldu


Yulia Tymoshenko
Yulia Tymoshenko

Tymoshenko Twitter-də yazıb ki, belə bir telefon danışığı həqiqətən olub, amma xeyli montaj edilib ki, həddən ziyadə anti-rus məzmunlu bir söhbət təsiri bağışlasın.

-

Ukraynanın keçmiş baş naziri Yulia Tymoshenko-nun şəxsi telefon danışığı Youtube-a qoyulub.

Tymoshenko Ukraynadakı ruslar barədə sərt danışır və onların atom bombası ilə öldürülməli olduğunu deyir.

Səs yazısını Youtube-a qoyan "Sergiy Vechirko" iddia edir ki, telefon söhbəti martın 18-də - Krımda Rusiyaya birləşmə haqda referendumun keçirilməsindən 2 gün sonra olub.

Həmin şəxs Tymoshenko-nun telefonla Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini Nestor Shufrych-lə danışdığını deyir.

Shufrych Krımdakı vəziyyətdən şikayətləndiyi vaxt Tymoshenko onun sözünü kəsərək “Cəhənnəm olsunlar, biz silahlanıb o lənətəgəlmiş katsapları (ruslar haqda aşağılayıcı ifadə) və onların rəhbərini öldürməliyik”.

Tymoshenko daha sonra əlavə edir:

“Heyf ki indi orda deyiləm, yoxsa onlar Krımı məndən ala bilməzdilər”.

Shufrych Tymoshenko-dan soruşur ki, onların ümumi tanışı olan “Viktor” Kiyevin Ukrayna ərazisində yaşayan 8 milyon rusla bağlı nə etməli olduğu ilə maraqlanır.

“Biz onları atom silahı ilə vurmalıyıq” – Tymoshenko cavab verir.

Tymoshenko Twitter-də yazıb ki, belə bir telefon danışığı həqiqətən olub, amma xeyli montaj edilib ki, həddən ziyadə anti-rus məzmunlu bir söhbət təsiri bağışlasın.

8 milyon rusa gəldikdə isə, Tymoshenko iddia edir ki, o əslində belə deyib: “Ukraynadakı ruslar elə ukraynalıların özləridir”. Daha sonra əlavə edib: “FSB-yə salamlarJ”. (FSB – Rusiyanın Federal Təhlükəsizlik Bürosu)

Bu səs yazısı bir neçə ay əvvəl gizli şəkildə yazılan başqa bir telefon söhbətini yada saldı. ABŞ Dövlət Katibinin köməkçisi Victoria Nuland Qərb ölkələrinin Ukrayna siyasəti ilə bağlı danışanda “Avropa Birliyi s..dirsin” demişdi.

Bu da yaxın müttəfiq olan ABŞ və Avropa Birliyi arasında münasibətlərə xoş olmayan çalar əlavə etmişdi.

Tymoshenko həbsdən keçən ay buraxılıb.

Onu siyasi rəqibi – prezident Viktor Yanukovych-in devrilməsindən sonra azadlığa buraxıblar.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə üç ilə yaxın həbs cəzası çəkib.

Tərəfdarları deyir ki, həbs qərarı siyasi motivli olub.
XS
SM
MD
LG