Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:01

Azərbaycan BMT-də Ukraynanı dəstəklədi


Foto arxiv
Foto arxiv
-
BMT-nin Baş Assambleyası Krımın Rusiyaya birləşdirilməsinin qanunsuz olması və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib.

100 ölkə sənədin lehinə, 11-i əleyhinə səs verib, 58 ölkə isə bitərəf qalib.

Qətnamənin əleyhnə Ermənistan, Belarus, Boliviya, Kuba, Şimali Koreya, Nikaraqua, Rusiya, Sudan, Suriya, Venüsuela və Zimbave səs veriblər.

Azərbaycan isə lehinə səs verən ölkələr arasındadır.

Keçmiş Sovet respublikalarından Qazaxıstan və Özbəkistan isə bitərəf qalıb.

Qırğızıstan, Tacikistan və Tükmənistan isə səs verməyiblər.

Beynəlxalq Valyuta Fondu isə bundan əvvəl Ukraynaya 2 il ərzində 14-18 milyard dollarlıq kredit ayrımaq qərarına gəlib.

Ümumilikdə isə beynəlxal aləm Ukraynaya 27 milyard dollarlıq kredit vəd edir.
Beynəlxalq Valyuta Fondunun icra komitəsi bu barədə apreldə yekun qərar verməlidir.
XS
SM
MD
LG