Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:46

«Putin-in zirehli çəkməsinin səsləri Avropada açıq eşidilir»


Zahid Oruc
Zahid Oruc
-
«NATO Ukrayna xalqının əvəzinə döyüşməyəcək».

Bunu AzadlıqRadiosuna müsahibəsində Bosniyada NATO-nun tədbirindən yeni qayıtmış deputat Zahid Oruc söyləyib.

Deputatın dediyinə görə, Rusiya əleyhinə kəskin mövqe sərgiləyən dövlətlərin nümayəndələri tədbirdə ən yaxşı halda neytrallıq göstərir, ən pis halda isə Ukraynanı qınayırdılar:

«İctimai münasibətlərdə, danışıqlarda, iclas salonunda Putin-in zirehli çəkməsinin səsləri eşidilirdi. Rusiyanın geosiyasi məkana, strateji münasibətlər sisteminə yeni bir formada çıxdığı kimi mesajlar səslənirdi».
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00
Direct-ə keçid

«RİCA EDİRƏM SAKİT OLUN»

Zahid Oruc deyir ki, Avropada Rusiyanın bəzi rəsmilərinə sanksiya qoyulması məsələsi qabardılsa da, bunun elə bir ciddi nəticə verməyəcəyi fikri də səslənib:

«20 nəfərin xaricə getməməsi Rusiyanın başını nə qədər ağrıdacaq ki? Getməsinlər, nə olacaq ki? Tutaq ki, vaxtında Rusiyanın baş naziri olmuş adam indi başqa bir vəzifəni daşıyır və Avropaya gedə bilmir. Bununla Rusiya itirəcəkmi? Ona görə də eyforiyaya qapılmaq lazım deyil. Ukrayna xalqının əvəzinə Rusiya ilə döyüşmək istəyənlərdən də rica edirəm sakit olasınız».

«YAROSH İSGƏNDƏR HƏMİDOV, YATSENYUK DA İNGİLİSCƏ DANIŞAN İSA QƏMBƏRDİR»

Deputat indi Ukraynadakı hakim qüvvələri 1992-ci ildə Azərbaycandakı AXC hakimiyyətinə bənzədir:
«Milliyyətçi «Sağ sektor»un lideri Dmytro Yarosh keçmiş daxili işlər nazirimiz İsgəndər Həmidov, baş nazir Arseniy Yatsenyuk da ingilis dilində danışan İsa Qəmbərdir. Bu adamların verdiyi qərarların Ukrayna xalqına nə xeyri var? Putin bu adamların əməllərini onların əleyhinə çevirdi. Ona görə də biz bu geosiyasi savaşın nüvəsinə daxil olmalı deyilik. Çıxardığım ikinci nəticə odur ki, NATO Ukrayna xalqının əvəzinə döyüşməyəcək».
XS
SM
MD
LG