Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:57

ARDNŞ benzinin qiyməti ilə bağlı açıqlama yayıb


Foto: Arxiv
Foto: Arxiv
-
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) heç bir ölkədə benzin buraxan emal müəssisəsinə sahib olmadığını açıqlayıb.

Şirkətin saytında yayılan bu məlumatda daha sonra deyilir:

«Azərbaycana guya ARDNŞ-in xaricdəki müəssisələrindən benzin gətirildiyi haqqında yayılan məlumatlar yalandır. «AI-95 Premium» və AI-98 markalı avtomobil benzinlərinin sərbəst bazar qiymətləri ilə idxal olunması haqqında qərar treyderlərə imkan verəcək ki, ölkəyə azad bazar şərtlərinə uyğun yüksəkkeyfiyyətli məhsullar gətirsinlər».
ARDNŞ-nin açıqlamasında bu da bildirilir ki, «həmin qərar verildikdən sonra AI-98 markalı benzinin qiyməti aşağı düşüb».

Şirkət indi bütün qüvvəsini dünyanın aparıcı şirkətləri ilə birlikdə layihələndirilən yeni Neft-Qaz Emalı və Neft Kimyası Kompleksinin inşasına cəmləşdirdiyinə diqqət çəkir:

«Həmin kompleksin tikilib istismara buraxılması ilə Azərbaycanda «Euro-5» standartlarına uyğun yüksək oktan ədədli və keyfiyyətli yanacaq məhsullarına olan tələbat tam şəkildə ödənilə biləcək».

Aprelin 1-dən Azərbaycanda «Premium Euro -95» markalı benzin satışa çıxarılıb. Ənənəvi AI-95-in satışı dayandırılır. AI-95 markalı benzinlə müqayisədə «Premium Euro-95»in qiymətində 13 qəpik artım var - «Premium Euro -95» 93 qəpikdən satılır.
XS
SM
MD
LG