Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:59

Yasamalın polis rəisi Leyla Yunusdan danışdı


-
Mayın 1-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

“POLİS QAPININ ARXASINDA DAYANIB Kİ...”

Yasamal Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov hüquq müdafiəçisi Leyla Yunusun evində axtarış aparılarkən polis əməkdaşının yol verdiyi hərəkətlə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb. Polis rəisi polis əməkdaşının cəzalandırılmayacağını deyib:

- Polisə niyə cəza verilməlidir ki?
- Qadının ardınca tualetə kişi polisin daxil olması qanunidir?
- Siz ordaydınız, polis ora daxil olanda?
- Orada olmamışam, amma mətbuatda bu var.
- Qəzetlərdə yazılıb-yazılıb da... Hamısı boş-boş şeylərdir.
- Ümumiyyətlə, polisin belə hərəkətə yol verməsi qanunidirmi?
- Hər şey qanunidir. Polis o, ora girəndə qapının arxasında dayanıb ki, bəlkə o şantajist adam özünə xəsarət yetirəcək, bəlkə özünü asacaq? Polis orada ictimai qaydanı qorumaq üçün olub. Axı ayaqyoluna polis niyə girməlidir ki?

“HƏR KƏSƏ BƏRABƏR İMKANLAR YARADAQ”

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan bir sıra məktəbdənkənar təhsil müəssisələri “Hər kəsə bərabər imkanlar yaradaq” adlı layihə həyata keçirirlər. Layihə paytaxtda yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün internat müəssisələrində həyata keçirilir.

BŞTİ-dən AzərTAc-a bildirilib ki, hazırda layihə çərçivəsində 14 internat məktəbində 1590 uşaq üçün şahmat, bədii yaradıcılıq, tarix, yol hərəkəti qaydaları, ibtidai texniki modelləşmə, ekopark - ekskursiya, gənc dizayner, xalq rəqsləri, bacarıqlı əllər və dram üzrə hazırlıq məşğələləri təşkil edilir. Layihənin məqsədi internat məktəblərində istedadlı uşaqların davamlı şəkildə üzə çıxarılması və onların inkişaf etdirilməsidir.

ƏLİYEV İSRAİLLƏ İRAN ARASINDA

“Azadlıq” qəzeti İsrailin xarici işlər naziri Avigdor Libermanın Azərbaycana səfərindən yazır.

“Bu səfər ərəfəsində baş verənləri gözdən keçirsək, deyə bilərik ki, bu gəliş özündən əvvəlkilərlə heç cür müqayisə oluna bilməz. Söhbət həm Azərbaycan hakimiyyətinin apardığı regional siyasətdən, həm də İsraildən rəsmi Bakıya ünvanlanan formal və ya qeyri-formal mesajlardan gedir. Bu mənada, İsrail XİN şefinin səfəri demək olar ki, Azərbaycan üçün sözün birbaşa mənasında böhran mahiyyətlidir”.

“SİZƏ ELƏ GƏLMİRMİ...”

“Zerkalo” qəzetində Arif Əliyevin yazısı dərc olunub. “Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və ərinin saxlanması şəraitini görməsəm də, bu barədə çox oxumuşam. 1937-ci ilə dair bədii əsərlərdə və tarixi kitablarda,” müəllif yazır.

“Ofisimdə kitab rəfində erməni, gürcü, Ukrayna, türk, rus və ingilis dillərində kitablar var. Maraqlıdır, bir gün hakimiyyəti razı salmasam, məni kimin casusu elan edəcəklər? Həmkarlar ofisimdəki axtarış barədə nə yazacaqlar?”
XS
SM
MD
LG