Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:42

Dövlət ittihamçısı Pərviz Həşimliyə 9 il həbs cəzası istəyib


Pərviz Həşimli
Pərviz Həşimli

-

Mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Dövlət ittihamçısı çıxış edərək P. Həşimliyə və T. Qurbanova 9 il iş istəyib.

Növbəti məhkəmə prosesi may ayının 14-də keçiriləcək.

Pərviz Həşimli Təvəkkül Qurbanovla birgə sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

Pərviz Həşimli iddiaları qəbul etmir. Jurnalist özü və yaxınları bu həbsin siyasi motivli olduğunu bildirir.
XS
SM
MD
LG