Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:41

Erdogan hökumətini yıxıb-sürüdü


Orhan Pamuk
Orhan Pamuk
-

İlk romanı “Cevdet Bey ve Oğulları” Fransanın ən böyük nəşriyyatı Gallimard-da nəşr edilən ünlü türk yazarı Orxan Pamuk Parisdə qatıldığı bir radio proqramında Erdogan hökumətini tənqid atəşinə tutub.

Somadakı mədən qəzasının hökumətin biganəliyindən qaynaqlandığını dilə gətirən Pamuk “Türkiyədə insan həyatı çox ucuzdur.

İfadə azadlığını məhdudlaşdırıblar.

Media nəzarət altındadır.

İqtidar ölkəni aşırı avtoritar üsullarla idarə edir.

Baş nazir çox sərt danışır.

Dürüst adam olub da bu hökuməti tənqid etməmək mümkün deyil”
- dedi.

- Mədən və tekstil sənayesi işçilərinə gəldikdə, Türkiyə Avropada işçi haqları və iş şəraiti baxımından qorxunc və üzücü bir rekorda sahibdir. Nə düşünürsünüz?

- Bu, sadəcə pul qazanmağın asan yoludur. İnsan həyatı önəmli deyil, kapitalizmin ilk mərhələlərində olduğu kimi sadəcə, çoxlu pul qazanmaq istəyirlər və insan həyatını nəzərə almırlar. İfadə azadlığı veclərinə deyil. İnsanların öz iş şəraitləri barədə danışmasına imkan vermirlər. Onların dərd-səri sadəcə, daha çox qazanmaqdır.

Pamuk Türkiyənin Avropa Birliyinə üzvlüyü perspektivi ilə bağlı sualın cavabında deyib ki, 2004-2009-cu illərdə o da Türkiyənin üzvlüyü üçün çalışıb:

“Amma təəssüf ki, Avropa özünə qapandı. Avropa millətçiliyi Türkiyədə dünyəvilik tərəfdarlarını, avropayönlüləri tək qoydu”.

Ailəsinin Fransa mədəniyyətinə sayqısından danışan Pamuk deyib ki, vaxtilə atasının kitabxanasında xeyli fransızca kitab vardı. Amma yazıçı fransızca bilmədiyi üçün həmin kitabları oxuya bilmədiyinə təəssüflənib.

“Ailəniz fransızca danışırdı. Niyə fransız dilini öyrənmədiniz” sualına isə Pamukun cavabı belə olub:

“Fransızca öyrənmək yerinə futbol oynadım. Oxuyan uşaq deyildim. Məktəbdən qaçıb öz hekayələrimi kəşf edirdim”.
XS
SM
MD
LG