16:20
28.5.2014
Rusiyada Donbass separatçılarına yardım edən 4təkərli cəbbəxana
Ukrayna sərhədçiləri Luqansk regionunda silahlarla dolu maşınları saxladığını bildirir. Məlumata görə silahlar Rusiyadan gətirilibmiş. Sərhədçilər maşınları saxlayarkən bir nəfərin də yaralandığını bildirirlər. Rusiyanın sərhəd xidməti isə Ukrayna ərazisinə silah buraxıldığını inkar edir. (Reuters)
17:42
28.5.2014
#Ukrayna prezidentini Azərbaycan da təbrik edir http://t.co/fQ2tkkzYPn
— AzadliqRadiosu (@RadioAzadliq) 28.5.2014
18:04
28.5.2014
İnformasiya müharibəsi ilə silahlı toqquşmaların fərqi nədir? Sonucuda həmişə fasilələr olur. İnformasiya müharibəsində heç vaxt sakitlik yaranmır. Rusiya mediası "qurşaqdan aşağı zərbə" vurmaq imkanını heç vaxt əldən vermir. Məsələn, Ukrayna ordusunun guya dinc əhalini qırması haqda xəbərə Şimali qafqazda çəkilən kadrları əlavə etmək və ya preizdent seçkilərində ən az səs toplayan Ukrayna radikalı - Yaroshu seçkilərin qalibi elan etmək. Odessada faciə baş verəndə Facebookda yalançı həkimin Ukraynalıların vəhşiliyinə şahid çıxmaq və sair. Yuxarıdakı fotoda növbəti belə yalan ifşa olunur. Rusiyameylli fəallar Kanadadakı qatar qəzasının fotosunu "Slavyanskda Ukrayna ordusunun dinc şəhəri dağıtması" kimi təqdim edirlər.
18:48
28.5.2014
MÜHARİBƏYƏ ƏYLƏNCƏ KİMİ BAXANLAR
Belə videoların sayı sosial şəbəkələrdə durmadan artır. Müharibəyə əyləncə kimi baxan insanlar hesab edirlər ki, Rus xalqı uğrunda döyüşür, onları xilas edirlər. Atəş cavabı gələndə isə onu atanları faşist adlandırır, xilas üçün Putinə müraciıt edirlər. Görüntülərdə də Slavyanskda qərarlaşan separatçılar yenicə əldə etdikləri avtomatik qumbaratanları sınaqdan keçirirlər. Onlar bir-birilə zarafatlaşaraq ölüm saçan qumbaraları Ukrayna əsgərlərinə sarı göndərirlər. Videonun sonuncu saniyələrində AQS-17-dən atəş açan yaraqlı artıq tanış sifətdir, nitqi yerli sakinlərə məxsus Ukrayna ləhcəsindən azad olan bu şəxslə biz artıq Slavyanskda xaricilər girov götürüləndən tanışıq