Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:27

Helsinki Komissiyası Leyla and Arif Yunuslarla bağlı bəyanat verib


Ben Cardin
Ben Cardin
-
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (ABŞ Helsinki Komissiyası) sədri - senator Ben Cardin Leyla və Arif Yunusların davamlı təhdid olunmasına görə bəyanat verib. Bəyanatda deyilir:

«Mən Azərbaycan hökumətinin Leyla və Arif Yunuslara qarşı təhqiqat aparmasından narahatam. Onların saxlanması, evlərində axtarış aparılması, Azərbaycandan çıxa bilməməkləri bu şəxslərin siyasi motivli təqibin hədəfinə çevriləcəyinin əlamətidir. Azərbaycan hökumətini təcili olaraq hüququn aliliyinə hörmət öhdəliyinə əməl etməyə çağırıram».

Helsinki Komissiyasına ABŞ Senatının doqquz, Nümayəndələr Palatasının doqquz üzvü, Dövlət, Müdafiə və Ticarət departamentlərinin hərəsindən bir üzv daxildir.

Aprelin 28-i gecə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, politoloq Arif Yunus Bakı aeroportundan Qətərin paytaxtı Doha şəhərinə yola düşərkən saxlanıblar. Onların ölkədən çıxmasına icazə verilməyib. Həmin gün Leyla Yunus Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində jurnalist Rauf Mirqədirovun (dövlətə xəyanətdə, Ermənistana casusluqda ittiham olunur) cinayət işi ilə bağlı dindirilib.
XS
SM
MD
LG