Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:46

SOCAR rəsmisi: «Bura Anar Əliyevlə bağlı tədbir deyil» [Video]


SOCAR rəsmisi: «Bura Anar Əliyevlə bağlı tədbir deyil»
Gözlə

No media source currently available

0:00 0:05:33 0:00
-
Dövlət Neft Şirkəti Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev 21-ci Neft Qaz Sərgisində AzadlıqRadiosuna müsahibə verib.

– Dövlət Neft Şirkəti hasilatın pay bölgüsü, investisiya layihələri və digər sazişlərlə bağlı əməkdaş şirkətləri necə seçir?

– Dövlət Neft Şirkəti istər Azərbaycanda, istərsə Azərbaycandan kənarda investisiya layihələrini həyata keçirməzdən öncə çox ciddi hazırlıq işləri görür. İnvestisiya qərarları da bir günə, bir dəqiqəyə verilən qərarlar deyil. İstənilən layihəylə bağlı qərar veriləndə investisiya və digər riskləri azaltmaq məqsədilə xarici və yerli partnyorlar seçilir. Biznesin inkişafından asılı olaraq, əməkdaşlıq qurulur və davam etdirilir. Bu əməkdaşlıq dayandırıla da bilər. Belə hallarda məsələ SOCAR-ın tam nəzarətinə keçir. Təcrübəmizdə biznesin tam dayandırılması halları da olub. Misal üçün, bir neçə öl öncə Dubayda yaradılan «SOCAR-Rudan» adlı bir şirkət fəaliyyətini davam etdirə bilmədi. Bizim partnyor şirkətin xeyli imkanları olsa da, iş alınmadı. Bu, normal haldır. Sizin suala qayıdaq. Bizim bütün dünyada olan şirkətlərlə, biznes nümayəndələri ilə əlaqəmiz yoxdur. Bu, heç mümkün də deyil. O səbəbdən tərəfdaşların seçilməsində müxtəlif faktorlar rol oynayır.

– Söhbət hansı faktorlardan gedir?

– Konkretləşdirsək, SOCAR seçim zamanı iş təcrübəsi, əlaqələri, biznes münasibətləri olan şirkətlərə üstünlük verir.

– Amma hasilatın pay bölgüsü ilə bağlı bəzi sazişlərin parlament müzakirəsində əsas diqqət seçilən şirkətlərin təcrübə dərəcəsinə, yeni yaradılıb-yaradılmamasına yönəlir. Sizcə, SOCAR bu seçim meyarlarına yetərincə əməl edə bilir?

– Sözügedən sazişləri elə parlament həmin müzakirələrdən sonra təsdiqləyib.

– Parlament müzakirəsində diqqət çəkən başqa bir məsələ işçilərin taleyi ilə bağlıdır. Məsələn, «Bahar-Qum» yatağı ilə sazişin müzakirəsində. Amma həmin saziş təsdiqlənəndən bircə il sonra işçilərin ixtisarına başlanılıb və bu hal davam etməkdədir. SOCAR sazişlərin təsdiqindən sonra işçilərlə bağlı hansı addımları atır və ya atmalıdır?
– Hasilatın pay bölgüsü ilə bağlı sazişlərdə yerli resurslarla – işçilərlə bağlı məsələ mütləq təsbit olunur. İşçilərin işlə təminatı məsələsi əsas və mütləq şərt kimi qoyulur. Amma biznes dinamik bir prosesdir və texnologiyaların tətbiqindən sonra işdə mütəxəssislər çatışmaya və ya əksinə, çox da ola bilər. Yəni əlavə işçilər cəlb edilməsi də, çalışanların ixtisarı da mümkündür. Bir misala diqqət çəkim: Bir neçə il öncə Türkiyədə PETKİM dövlət müəssisəsi özəlləşdirilərkən, SOCAR tender qalibi oldu. Bu gün biz, faktik olaraq, PETKİM-i idarə edirik. Bu müddətdə ordan yüzlərlə işçinin ixtisar edilməsi Türkiyə ictimaiyyətinin etirazını doğurmuşdu. Amma biz bu şirkətin yüksəkixtisaslı işçilərlə təmin olunması üçün onlara təlim keçdik, peşəkarlıq səviyyələrini artırdıq. 2007-ci illə müqayisədə 2014-cü ildə PETKİM-də çalışan 2300 işçinin yarıdan çoxu yeni kadrlardır. Bu layihəyə başladığımız zaman 3 mindən çox işçiylə də vidalaşmalı olduq.

– SOCAR-ın istər hasilatın pay bölgüsü, istərsə digər sazişləri daha çox ofşor şirkətlərlə imzalanır. Halbuki inkişaf etmiş ölkələrdə belə gizli şirkətlərlə işbirliyindən qaçmaq tövsiyə olunur. Jurnalist araşdırmaları göstərir ki, belə ofşor şirkətlərlə Azərbaycan işadamlarının bağlılığı var. SOCAR seçim edərkən Azərbaycanın hər hansı işadamının niyə ofşor şirkət yaratması sual doğurmur?

– Qanunvericilikdə belə bir məhdudiyyət yoxdur. Azərbaycan müstəqil dövlətdir və ölkə vətəndaşlarının sərbəst şəkildə həm Azərbaycanda, həm də Azərbaycandan kənarda biznes qurmaq səlahiyyəti və hüququ var. Ən önəmlisi qurulan bu şirkətlərin qanuni fəaliyyət göstərməsidir. SOCAR-ın əməkdaşlıq etdiyi şirkətlərdə qanundan kənara çıxacaq bir hal mövcud deyil.
– Bir neçə ay öncə «Global Witness» SOCAR-la bağlı araşdırma yayıb. Bu araşdırmanın SOCAR-ın nüfuzuna xeyli xələl gətirdiyini düşünənlər var. SOCAR-ın özünə yaxın şirkətlərlə tendersiz sazişlər imzaladığı deyilir. Məsələn, Anar Əliyev adlı şəxsə məxsus onlarla şirkət SOCAR tenderlərinin qalibi olub və həmin şirkətlərlə hasilatın pay bölgüsünə dair sazişlər imzalanıb. Bir nəfərə məxsus şirkətlərin SOCAR-la əməkdaşlığı xeyli şübhəli məqamlar doğurur. Siz nə düşünürsünüz bu haqda?

– Bura (beynəlxalq sərgi nəzərdə tutulur ­– N.F.) Anar Əliyevlə bağlı tədbir deyil.
XS
SM
MD
LG