Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:14

İntiqam Əliyev Türkiyədə məhkəməni udub


İntiqam Əliyev
İntiqam Əliyev
-
İstanbulun Bakırköy məhkəməsi azərbaycanlı hüquq müdafiəçisi İntiqam Əliyevin Türkiyə Daxili İşlər Nazirliyinə qarşı iddiasını təmin edib.

Bu haqda Türkiyənin radikal.com.tr saytı xəbər verir.

Məhkəmə Türkiyə Daxili İşlər Nazirliyinin İstanbul Atatürk hava limanında təzyiqlərə məruz qalan İntiqam Əliyevə 8 min 100 lirə (3 min manat) maddi təzminat ödəməsinə qərar verib.

İntiqam Əliyev 2011-ci il dekabrın 6-da Litvadan qayıdanda, Atatürk Hava Limanında pasport nəzarətini həyata keçirən polislə mübahisəsi olmuşdu.

Hüquqşünas polislərin ona fiziki-mənəvi təzyiqlər göstərdiyini bildirirdi. Dekabrın 8-də o, Türkiyədən deportasiya olunmuşdu.

Polislər isə İntiqam Əliyevin onları təhqir etdiklərini deyirdilər.

İntiqam Əliyev Atatürk hava limanında üzləşdiyi qanunsuzluqla bağlı məhkəməyə müraciət etmişdi.
XS
SM
MD
LG