Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:47

ABŞ Helsinki Komissiyası Azərbaycan üzrə dinləmə keçirib


ABŞ Konqresinin binası
ABŞ Konqresinin binası
İyunun 11-də ABŞ Helsinki Komissiyası Azərbaycan üzrə dinləmə keçirib.

Komissiyasının sədri, senator Benjamin Cardinin sədrliyi ilə keçirilən dinləmələrdə ABŞ-Azərbaycan münasibətlərinin təhlükəsizlik, iqtisadiiyyat və insan haqları aspektləri müzakirə olunub.

Helsinki Komissiyası bildirir ki, Azərbaycan ABŞ-ın tərəfdaşıdır, Avropanın enerji təchizatçısıdır, Əfqanıstanda beynəlxalq qüvvələrə yardım edir. Ancaq bunlarla
yanaşı , Azərbaycan Avropanın iki aparıcı insan haqları qurumlarının üzvü olmasına baxmayaraq mütəmadi olaraq qeyri-demokratik seçkiyə, siyasi rəqibləri ədliyyə sisteminin köməyi ilə cəzalandırmağa görə tənqid olunur.

Dinləmədə Dövlət Departamentindən Tom Melia, Eric Rubin, Milli Demokratiya Fondundan Miriam Lanskoy, Corctaun Universitetindən Brenda Shaffer iştirak edib.

"Amerikanın Səsi"nin dinləmə barədə ətraflı reportajı:
ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) Azərbaycana həsr etdiyi dinləmələrə Senator Ben Kardin rəhbərlik etdi.

"ABŞ-Azərbaycan münasibətlərində Təhlükəsizlik, İqtisadiyyat və İnsan Haqları" başlıqlı dinləmədə ABŞ Dövlət Katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müşaviri Tom Melia, Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Erik Rubin, Demokratiyaya Dəstək Fondunun (NED) Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy və Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Mərkəzinin elmi tədqiqatçısı Brenda Şaffer ifadə verdilər.
Helsinki Komissiyasında Azərbaycana dair dinləmə
Helsinki Komissiyasında Azərbaycana dair dinləmə


Azərbaycanın ABŞ üçün strategji əhəmiyyətini vurğulayan Ben Kardin ikitərəfli münasibətlərin üç sütuna – təhlükəsizlik, enerji və insan haqlarına söykəndiyini qeyd etdi.

O, Azərbaycan hökumətinin Qərb təmayüllü siyasət yeritdiyini, enerji sahsində sərgilədiyi əməkdaşlığı önə çəkdi,və eyni zamanda insan haqları sahəsində mövcud olan problemlərə diqqət yetirdi.

Senator Kardinin fikirlərini aylaşdığını deyən Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Erik Rubin Azərbaycanla əməkdaşlığın gələcəyinə inamla baxdığını söylədi və mühüm strateji tərəfdaş münasibətlərinin inkişafına ümidini ifadə etdi.

Ölkədə insan haqlarının pisləşdiyini deyən ABŞ Dövlət Katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müşaviriTomas Melia ReAL hərəkatının sədri ilqar Məmmədov, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu və bir sıra başqa siyasi fəalların həbsini dinləmə iştirakçılarının diqqətinə çatdırdı. Onun sözlərinə görə pisləşmə tendensiyası Emin Milli və Adnan Hacızadənin 2009-cu ildəki həbsindən sonra vüsət aldı.
Helsinki Komissiyasında Azərbaycana dair dinləmə
Helsinki Komissiyasında Azərbaycana dair dinləmə

“ABŞ öz tərəfdaşından insan haqlarına bu cür münasibət gözləmir,” deyə cənab Melia Azərbaycan rəsmilərinin müxalifət və sivil cəmiyyət liderlərinin ölkədən gediş-gəlişinə qoyduğu qadağalara diqqət çəkdi. Bu xüsusda o, AXCP sədri Əli Kərimliyə pasport verilməməsini tənqid etdi.

Azərbaycanda sabitliyin yalnız insan haqlarına hörmətə əsaslana biləcəyini vurğulayan Tomas Melia rəsmi Bakını 20-ci əsrin əvvəllərində mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik siyasi irsini davam etdirməyə çağırdı.

Dinləmələrə qoşulan Senator Roger Wicker Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətini qeyd etdi və Azərbaycan hökumətinə ABŞ-a əfqanıstan və başqa təhlükəsizlik sahələrində göstərdiyi yardıəma görə təşəkkürünü bildirdi. Azərbaycanın çətin geosiyasi qonşuluqda mövcud olduğunu qeyd edən Mississipi senatoru rəsmi Bakının xarici siyasətdə ehtiyatlı davrandığını anladığını söylədi.

Dinləmələrin ikinci yarısında çıxış edən Demokratiyaya Dəstək Fondunun (NED) Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy və Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Mərkəzinin elmi tədqiqatçısı Brenda Şaffer Azərbaycanda daxuili siutasiyanın müxtəlif aspektlərinə diqqət çəkdilər.
ATƏT Helsinki Komisssiyasında dinləmə
ATƏT Helsinki Komisssiyasında dinləmə

Xanım Lanskoy ölkədə həbslərin vüsət aldığını və siyasi məhbusların çoxaldığını bildirdi. O, vurğuladı ki, Azərbaycan hökumətinin QHT-lər haqda qanunda etdiyi mürtəce dəyişikliklər ölkənin ATƏT qarşısında götürdüyü öhdəliklərə ziddir.

Miriam Lanskoy əlavə etdi ki, Azərbaycan hökuməti Rusiyanın Krıma təcavüzündən sui istifadə edərək ölkədə dissientləri susdurmaq kampaniyasına start verib.

Brenda Şaffer Azərbaycana ilk dəfə olaraq Sovet dönəmində səfər etdiyini və o vaxtdan bəri bu ölkə ilə təmasları genişləndirdiyini söylədi. Xanım Şaffer Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olduğunu qeyd etdi.

Onun sözlərinə görə Azərbaycanda yəuhid azlığına bəslənilən münasibət region üçün nümunəvi xarakter daşıyır. Xanım Şaffer həmçinin İranda yaşayan milyonlarla azərbaycanlının durumuna toxundu və hazırkı İran rəhbərliyinin Azərbaycanın güclənməsindən ehtiyat etdiyini önə çəkdi. Brenda Şaffer Azərbaycanı çətin geosiyasi regionda ABŞ-ın dəyərli müttəfiqi kimi dəyərləndirdi.

XS
SM
MD
LG