Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:30

Kremlin ruporu Ermənistan qarşısında tələb qoyur


Kiselyov və Nagdalyan parlament müzakirələrində
Kiselyov və Nagdalyan parlament müzakirələrində
-
“Rossiya seqodnya” (Rusiya bu gün) adlı Dövlət İnformasiya agentliyinin baş direktoru, Kremlin ruporu hesab olunan Dmitri Kiselyov Yerevana gəlib. Ermənistan parlamentinin binasında müzakirə zamanı deputat Ayk Babukhanian ona deyib ki, Rusiya nə vaxt Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq? Kiselyov dərhal cavab verib ki, “yalnız sizdən sonra”.

Kiselyov daha sonra deyib: “Əgər siz Qarabağdan danışmaq istəyirsinizsə, buyurun. Mən şəxsən hesab edirəm ki, indi Dağlıq Qarabağı tanımaq Ermənistanın
milli maraqlarının əleyhinə hərəkət etməkdir. Ermənistan tələsməməlidir. Çünki bu, müharibə deməkdir. Müharibə isə sülhdən pisdir. O cümlədən, Dağlıq Qarabağ üçün. İndi iki adamın ölməyi sizin xoşunuza gəlmir. Müharibə vaxtı iki adam yox, yüz, hətta min adam öləcək, hər gün. İndi Dağlıq Qarabağı tanımaqdan danışmaq aktual deyil. Erməni dövlətinin mövcudluğuna dünyada yalnız bir dövlət təminat verə bilər – Rusiya. Rusiya rəsmi olaraq Ermənistanın təhlükəsizliyinə öhdəlik götürüb.”

Bundan sonra Kiselıyov Ermənistana iradlarınıə bildirib:
“Bununla belə, Ermənistanda rus məktəbləri demək olar ki, qalmayıb. Rus dili Ermənistanda keçmişdə qalır. Bu o deməkdir ki, rus mədəniyyəti də yaddan çıxıb-gedir. Rusiya ilə əlaqələr də.... Bu təmayül çox təhlükəlidir”.

Bundan sonra deputatlar Kiselyovu inandırmağa çalışıblar ki, Ermənistanda Slavyan universiteti var, məktəblərdə rus dilinin tədrisi məcburidir.
Ancaq bu Kiselyovu inandıra bilməyib. O deyib ki. taksiyə minib, sürücü rusca heç saya bilmirdi.

Kiselyov tələb edib ki, Ermənistanda rus məktəblərinin sayını artırsınlar, dil haqda qanunu dəyişsinlər, yoxsa, bu, təhlükəsizlik sahəsində Ermənistan-Rusiya əməkdaşlığına təsir edəcək.

Rusiyanın Ermənistandakı keçmiş səsfiri Vyacheslav Kovalenko da deyib ki. onun fikrincə, rus dili Ermənistanda ikinci dövlət dili olmalıdır.

Bundan sonra Ermənistan parlamentinin sədr müavini Ermine Nagdalian dözməyib, deyib ki, “Yerevanın taksi sürcüsünün rus dilini bilməməsi ilə Rusiya-Ermənistan strateji əməkdaşlığı arasında nə əlaqə var? - bunu görə bilmir”

O da maraqlıdır ki, müzakirələr parlamentdə rus dilində gedib, erməni dilinə tərcümə olunmayıb. Bununla da deputatların gözünün qabağında Ermənistan qanunu pozulub. Dil haqqında qanuna görə, dövlət müəssisələrində başqa dildə olunan çıxışın erməni dilinə mütləq tərcüməsi təmin olunmalıdır.
XS
SM
MD
LG