Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:44

​Rusiyanın Ukrayna üçün qoyduğu vaxt bitdi


-
RUSİYA UKRAYNAYA QAZ TƏCHİZATINI MƏHDUDLAŞDIRIB

Rusiya deyir ki, iyunun 16-da ödəniş üçün son tarix bitdiyindən Ukraynaya qaz təchizatını məhdudlaşdırıb. Ancaq bunun Avropaya təsiri olmayacaq.

Qazprom sözçüsü Sergei Kupriyanov-un sözlərinə görə, Ukrayna borcunu ödəmək üçün heç bir addım atmadığından, Moskvanın Kiyevə qaz göndərməsi üçün hüquqi əsas qalmayıb.

Kupriyanov deyir ki, Ukrayna avropalı alıcılar üçün nəzərdə tutulan qazın əngəlsiz axacağına təminat verməlidir.

***

Ukraynanın qaz borcunu ödəməsi üçün Rusiyanın qoyduğu vaxt Bakı vaxtı ilə səhər 11-də bitib. Ukrayna ya borcunu ödəməli idi, ya da qazı kəsiləcəkdi. Bir gün əvvəl Kiyevdə keçirilən danışıqlar nəticəsiz bitib.

Qazpromun iyunun 16-da yaydığı bəyanatda deyilir ki, Kiyev bundan sonra qaz üçün öncədən ödəniş etməlidir. Bəyanatda o da bildirilir ki, iyun təchizatı üçün ödəniş olunmayıb, yəni təchizat kəsilə bilər.

Prezident Vladimir Putin öncə demişdi ki, Kiyev iyunun 16-dək 1.95 milyard dollarlıq borcunu ödəməsə, qaz kəsiləcək.

Avropa Komissiyası da iyunun 16-da bəyanat yayıb. Bəyanata görə, AB Enerji Komissarı Gunther Oettinger plan hazırlayıbmış. Həmin plana uyğun olaraq, Kiyev iyunun 16-dək borcunun 1 milyardını ödəyir, qalanı isə bu ilin sonunadək ödənilir.

AB planından qazın min kubmetri üçün «qış» qiyməti 385, «yay» qiyməti 300 dollar nəzərdə tutulub.

Putin son təklifinin 385 dollar olduğunu deyib.
XS
SM
MD
LG