Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:22

Milli Məclis dövlət sirri ilə bağlı qanunlarda dəyişikliyə səs verdi

İyunun 20-də parlament kəşfiyyat və əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunlara dəyişikliklər edib. Andlılar Məhkəməsinə dair fəsil isə «Məhkəmələr və hakimlər haqqında» qanundan çıxarılıb.

Ən son xəbərlər yazının yuxarı bölümündədir. Mətnin sonundakı «Davamı» düyməsini sıxmaqla «Canlı bloq»da daha öncə gedən xəbərlərlə tanış olmaq imkanınız var.

13:11 20.6.2014
İqbal Ağazadə
İqbal Ağazadə

İqbal Ağazadə İraqda baş verən hadisələrə toxunub

«İraqda yaşayan soydaşlarımızın durumu acınacaqlıdır. Bütün bunları nəzərə alaraq Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlanmalıdır. Bundan başqa Azərbaycana qarşı Şimalda Rusiyadan və Cənubda İrandan təzyiqlər var. Onlar bizim müstəqilliyimizi qəbul etmək istəmirlər».

Oqtay Əsədov isə deputatın Cənub və Şimaldan təzyiqlərin olması barədə dedikləri ilə razılaşmadığını bildirib.

«İqbal Ağazadə deyirsiz Şimaldan Cənubdan bizə təzyiqlər var. Amma mən o təzyiqləri hiss etmirəm. Bu günlərdə YAP İcra katibinin müavini Siyavuş Novruzov İraqda girov götürülən türk diplomatları ilə bağlı parlament sədrinə müraciət edib».

«Türkiyə qardaş dövlətdir, biz buna diqqətlə yanaşmalıyıq. Ermənistandan gələn deputatların əsas informasiya mənbəyi Azərbaycandan olan müxalifət partiyaları, müxlifət mətbuatı idi. Məhz onların rəyini əsaslanaraq bəzi fikirlər söyləyirdilər. Müxalifət heç vaxt Azərbaycan dövləti, xalqı haqqında düşünməyib. Düşmənlə əlbir olmağa hazırdırlar ki, təki Azərbaycan haqqında mənfi fikirlər söylənilsin.

QHT-lər haqqında qanuna edilən dəyişiklikləri tamamilə yanlış formada beynəlxalq təşkilatlara çatdırıblar. Halbuki, biz yalnız şəffaflıq tələbini qoymuşuq ki, hansı xarici fonddan aldığı qrantı hara xərclədiyini bildirsin? Xarici fondlar özləri şəffaflıq tələb etdiyi halda bizi qınayırlar. Bu vəsait hesabına ayrı-ayrı siyasi partiyalar maliyyələşdirilir, açıqlığını göstərmirlər. Ona görə bu qanun bir daha ictimaiyyət üçün şərh edilməlidir».

Oqtay Əsədov isə deputatları bu məsələni mətbuata çıxartmamaqda qınadı:

«Bu məsələni yalnız parlamentdə qaldırmq lazım deyil. Azərbaycan əsgərləri erməni snayperi tərəfindən öldürülməməsi barədə deyilənlər, Azərbaycan üçün ən ziyanlı əməldir».

Davamı

XS
SM
MD
LG