Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:20

Putin Ukraynaya hərbi müdaxilə olmayacağını rəsmən bəyan etdi


Putin Avstriyada səfərdədir. Solda- Avstriyanın prezidenti Heinz Fischer
Putin Avstriyada səfərdədir. Solda- Avstriyanın prezidenti Heinz Fischer

-

Putin Ukraynaya hərbi müdaxilə olmayacağını rəsmən bəyan etdi

Rusiya prezidenti Vladimir Putin parlamenti Rusiya qoşunlarının Ukraynaya yeridilməsinə icazə verən aktını ləğv eməyə çağırıb.

Ekspertlər bildirirlər ki, Rusiya prezidentinin bu addımı ilə Poroshekno-nun separatçılarla sülh danışıqlarının uğuruna ümidlər artıb.

Ukrayna hökumətinin ötən cümədən birtərəfli qaydada atəşkəs elan etməsinə baxmayaraq tərəflər bir-birini hərbi əməliyyatları davam etdirməkdə günahlandırırlar.

Vladimir Putin Rusiya parlamentinin üst palatasına müraciət edərək Rusiya qoşunlarının Ukraynaya daxil olmasına icazə verən aktı ləğv etməyi rica edib.

Rusiya parlamenti bu qərarı Krımın ilhaqı ərəfəsində qəbul etmişdi.

Sülh planı üstünlük qazanır

Şərhçilərin fikrincə, bu qərarın ləğv olunması Ukrayna böhranındakı gərginliyi bir xeyli aradan qaldırmış olacaq. Onlar deyirlər ki, Moskvanın bu addımı onun gərginliyin azaldılmasında maraqlı olduğunu göstərir.

Bundan əvvəl Kiyev hökuməti Ukrayna sərhədlərində çox sayda Rusiya hərbi qüvvələrinin cəmləşdirilməsindən narahatlıq keçirirdi.

Vladimir Putinin sözçüsü İnterfax agentliyinə bildirib ki, parlament aktının ləğvi Ukrayna-Rusiya və Avropa İttifaqı arasında üçtərəfli danışıqların keçirilməsində ilkin mərhələdir.

Ukrayna prezidentinin sülh planı separatçıların silahları yerə qoymasını və ya onlara ölkədən çıxmaq üçün salamat keçid verilməsini nəzərdə tutur.

Bundan əlavə ağır cinayətlərdə əli olmayan separatçılara ümumi əfv elan edilmişdi.

Kuchma siyasət meydanında

Britaniya mətbuatı yazır ki, danışıqlar barədə vədlərə baxmayaraq çoxları Petro Poroshenko-nun Rusiya yönlü separatçılarla dialoq quracağına inanmırdı, lakin ötən bazar ertəsi belə danışqılardan biri gözlənilmədən qiyamçıların istehkamı olan Donetskdə yer aldı.

http://www.theguardian.com/world/2014/jun/24/ukraine-crisis-putin-russia-military-intervention-ceasefire

Bu danışıqlarda ATƏT nümayəndəsinin, Rusiyanın Ukraynadakı səfirinin və Rusiyayönlü Ukrayna siyasətçisi Viktor Medvedchuk iştirak ediblər.

Viktor Medvedchuk Krımın ilhaqındakı roluna görə ABŞ-ın fərdi şəxslərə qarşı sanksiyalar siyahısındadır, lakin Rusiya prezidenti israr edir ki, o, gələcək danışıqlarda aparıcı iştirakçılardan biri olaraq qalacaq.

Ukrayna prezidenti Poroshenko-nu bu danışıqlarda ölkənin keçmiş prezidenti Leonid Kuchma təmsil edirdi.

Separatçıları Moskva “yumşaldıb”

Bu görüşdən sonra qondarma Donetsk xalq respublikasının baş naziri Alexander Borodai elan edib ki, qiyamçılar atəşkəsə əməl etməyə razıdırlar.

Bundan əvvəl qiyamçılar Ukrayna qoşunları şərq bölgələrindən çıxmayınvca atəşin dayandırılmasına razılıq vermirdilər.

Ekspertlərin fikrincə, qiyamçıların mövqeyindəki yumşalma onları idarə edənlərin mövqeyindəki mülayimləşmə ilə bağlıdır.

Mətbuat yazır ki, Borodai Rusiya vətəndaşıdır və sözü gedən danışıqlar ərəfəsində Moskvada məsləhətləşmələrdə olub.

Hələ də güllə səsləri eşidilir

Bu da xəbər verilir ki, atəşkəs razılaşması barədə elanlara baxmayaraq, bazar ertəsi də Slavyansk istiqamətindən atəş səsləri eşidilib. Ukrayna mətbuatı Slavyansk yaxınlığında hərbi helikopterin vurulduğunu və 9 nəfərin həlak olduğunu xəbər verir.

"Yaraqlıılar Ukrayna qüvvələrinin mövqelərini atəşə tutnmaqda davam edirlər” - deyib Ukrayna Silahlı Qüvvələrinin sözçüsü Vladislav Seleznev.

Öz növbəsində separatçılar da hökumət qoşunlarını atəşkəsi pozmaqda ittiham edirlər.

Bununla belə, atəşkəs rejiminin tətbiq edilməsi mexanizminin mürəkkəb olacağı gözlənilir.

Bu, ilk növbədə Kiyev hökumətinə qarşı vuruşan silahlı dəstələrin pərakəndəliyindən irəli gəlir. Ukraynanın da hökumət qoşunları könüllülər və bu yaxınlarda yaradılmış Milli Qvardiya tərəfindən dəstəklənir.

Putinin təklifi keçəcək

Atəşkəs barədə ilkin razılaşma Putinin Almaniya, Fransa və ABŞ liderləri ilə intensiv telefon danışıqlarından sonra hasilə gəlib.

Qərb liderləri Rusiyanı xəbərdar edərək bildirmişdilər ki, Moskva vəziyyəti gərginləşdirməkdə davam edərsə, onun üzərinə yeni və daha sərt sanksiyalar qoyula bilər.

Rusiya parlamentinin üst palatası - Federasiya Şurasının spikeri Valentina Matviyenko deyib ki, cənab Putinin çağırışı iyunun 25-də müzakirə olunacaq.

RIA Novosti agentliyi Federasiya Şurası beynəlxalq əlaqələr komitəsi sədrinin müavini Andrei Klimov-a istinadən bildirib ki, prezidentin təklifinin qəbul ediləcəyi gözlənilir.

XS
SM
MD
LG