Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:19

Sələfi xəbər: «Dövlət başçısını tənqid etmək olmaz»


Selefixeber.az
Selefixeber.az

-

«Bizim üçün rəhbər hansı şəkildə hakimiyyətə gəlib, ədalətlidir ya deyildir, prezidentdir və ya padşah – bunların heç biri əhəmiyyətli deyil. Hər bir halda, ona tabe olmaq – mütləqdir». Yeni fəaliyyətə başlayan selefxeber.az saytı «Haqqımızda» bölümündə belə yazır və daha sonra əlavə edir:

«Müsəlman-rəhbərə (bizim halda – ali baş komandan İlham Əliyevə) qarşı müxalif mövqeyin istənilən şəkildə təzahürü İslam dininə görə qadağandır (haramdır). Beləliklə Quran, Sünnə və bütün keçmiş və indiki ortodoksal sünni alimlərinin yekdil rəyinə əsasən, «gizli yığıncaqlarda» və ya ictimaiyyət qarşısında, sözlə və ya hərəkətlə olmasından asılı olmayaraq dövlət başçısını tənqid etmək olmaz».

Əbu Bəkr məscidinin imamı Hacı Qamət Süleymanov AzadlıqRadiosuna müsahibəsində bildirib ki, daha çox informasiya agentliyi funksiyası daşıyacaq yeni sayt islam dini ilə bağlı məsələlərdə bağlı analitik yazılara da yer yayacaq:

«Bu sayt diniyönümlü olmasa da, radikal islamçılara qarşıdır. Cəmiyyətdə onlarla bağlı maarifləndirmə işi aparılacaq. Əsasən, sələfilərə aid məlumatlar yayılacaq. Xüsusilə mənim müsahibələrim bu agentlik vasitəsilə yayılacaq. Çünki bəzən yerli mətbuata verdiyimiz müsahibələr təhrif olunmuş şəkildə yayılır».

XS
SM
MD
LG