Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:36

İlkin Rüstəmzadə: «Cənab prokuror, «dosta zəng»dən istifadə edin…»


İlkin Rüstəmzadə: «Cənab prokuror, «dosta zəng»dən istifadə edin…»
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

İlkin Rüstəmzadə: «Cənab prokuror, «dosta zəng»dən istifadə edin…»

-

NİDA-çıların işi üzrə apellyasiya məhkəməsi davam edib. Məhkəmədə vəkillərdən Elton Quliyev vəsatətini səsləndirib. O, müayinəyə ehtiyac duyan İlkin Rüstəmzadənin kənarda müayinəsinə məhkəmənin qərar verməsini xahiş edib:

«SAĞLAMLIQ HAQQINDA QANUNA ƏSASƏN...»

«İlkinin ciddi müayinəyə ehtiyacı var. penitensiar xidmətdə yoxlanılıb, bir neçə dərman yazılsa da, faydası olmayıb. İlkin Rüstəmzadə ixtisaslaşmış klinikalarda yoxlamadan keçməlidir. Sağlamlıq haqqında qanuna əsasən, bu şəxsin kənarda müayinə keçmək hüququ var. Onun həbsxanadan kənarda müayinəsinə məhkəmənin qərar verməsini xahiş edirəm».

«QOYUN O, SİZƏ DESİN Kİ...»

Bu vəsatəti ittiham olunanlar və vəkillər müdafiə etsə də, dövlət ittihamçısı etirazını bildirib:

«Bu iş təcridxanada müəyyən olunmalıdır. Zərurət yaranarsa, o, həbsxanadan kənara müayinəyə getməlidir».

Bu fikrə etirazını bildirən İlkin Rüstəmzadə prokurora üz tutaraq deyib:

«Cənab prokuror, «dosta zəng»dən istifadə edin, işi sizdən əvvəl aparan prokurorla danışın. Qoyun o, sizə desin ki, qarşınızda kimlər dayanıb».

Hakimlər yerində müzakirə edərək vəsatətin baxılmamış saxlanmasına qərar veriblər.

Vəkillər məhkəmənin ilkin iclasının qərarından kasasiya şikayəti hazırladıqlarından məhkəmə iyulun 18-dək ertələnib.

Vəkillər ilkin iclasda apellyasiya məhkəməsi ilə yanaşı, istintaq aparılması üçün də vəsatət qaldırmışdılar.

Hakim həmin vəsatəti təmin etməmişdi.

XATIRLATMA

Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 may tarixli hökmünə görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı «Molotov kokteyli»ndən istifadəyə hazırlaşmaqda ittiham olunurlar. Gənclər bütün ittihamları rədd edirlər.

Zaur Qurbanlı, Rəşadət Axundov və İlkin Rüstəmzadəyə 8 il, Məmməd Əzizov və Rəşad Həsənova 7 il 6 ay, Bəxtiyar Quliyev və Üzeyir Məmmədliyə 7 il, Şahin Novruzluya 6 il həbs cəzası verilib.

XS
SM
MD
LG