Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:36

Separatçıların komandiri «BUK» komplekslərinin olduğunu etiraf edib (Video)


Separatçıların komandiri «BUK» komplekslərinin olduğunu etiraf edir
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Separatçıların komandiri «BUK» komplekslərinin olduğunu etiraf edir

-

Separatçıların komandiri onlarda «BUK» zenit-raket kompleksinin olduğunu etiraf edib.

Rusiyameylli yaraqlı dəstənin, «Vostok» batalyonunun komandiri Aleksandr Khodakovsky «Reuters»ə müsahibəsində onlarda Rusiyaya məxsus «BUK» zenit-raket kompleksinin olduğunu etiraf edib.

Khodakovsky deyib ki, o Malayziyaya məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə eyni vaxtda Luqansk ərazisindən «Buk»un gətirildiyini eşidib və ehtimalını bildirib ki, izi itirmək üçün həmin raket qurğusunu geri, Rusiyaya qaytarıblar.

Buna baxmayaraq, Khodakovsky Ukrayna hakimiyyətini ittiham edir və deyir ki, Kiyev separatçıların əlində «Buk» olduğunu bilib, amma təhlükəsizliyin təmin olunması üçün heç bir addım atmayıb.

ABŞ kəşfiyyatı və Ukrayna güc strukturlarının məlumatına görə, Donetsk ətrafında Malayziyaya məxsus sərnişin təyyarəsi "Buk" mobil zenit-raket qurğusundan vurulub.

İyulun 17-də göyərtəsində 298 nəfərin olduğu təyyarə Ukraynada, rusiyameylli separatçıların nəzarət etdiyi əraziyə düşüb. Təyyarənin bütün sərnişinləri həlak olub.

Donetskdə cəmləşən Rusiyameylli silahlı qruplaşmalar arasında ziddyətlər mövcuddur. Bir-birinə zidd bəyanatlar verməklə yanaşı, onların arasında qarşıdurmalar haqda da xəbərlər nadir hal deyil. "Reuters"in yaydığı xəbərdən dərhal sonra da RİA Novosti Khodakovsky-in ətrafında olan mənbə yə istinadən onun «Reuters»ə müsahibəsində bu sözləri demədiyini bildirib.

UKRAYNA HADİSƏLƏRNİ BURADA İZLƏ

XS
SM
MD
LG