Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:40

Futbol üzrə yığma komandadan 7 nəfər uzaqlaşdırıldı


Yığma komandanın heyətində ciddi dəyişikliklər olub
Yığma komandanın heyətində ciddi dəyişikliklər olub

Sentyabrın 2-də AÇ-2008-in seçmə oyununa çıxacaq Azərbaycan yığmasının heyəti açıqlanıb. Gözlənildiyi kimi komandanın heyətində ciddi dəyişikliklər olub. Ukrayna ilə yoxlama oyununda 6:0 hesablı məğlubiyyətlə heç cür barışmayan baş məşqçi Şahin Diniyev Serbiyaya aparacağı yığmanın tərkibindən yeddi nəfəri uzaqlaşdırıb və komandaya yeni oyunçular cəlb edib. Yığmadan kənar qalanlar Rəşad Sadıqov, Nadir Nəbiyev, Aftandil Hacıyev, Rəşad Sadiqov, Mikayıl Yusifov və Vüqar Nadirovdur. Onların əvəzinə Andre Ladaqa, Yuri Muzıka, Aleksandr Çertaqanov, Samir Musayev, Ruslan Poladov, Cahangir Həsənzadə və Rail Məlikov cəlb edilib.


Cənab Diniyev deyir ki, bu qərar yığmadan uzaqlaşdırılanların narazılığına səbəb olsa da, Ukrayna yığmasıyla oyundakı məğlubiyyətdən sonra belə bir addımın atılması qaçılmaz idi: «Mən professionalam, bu gün bütün ambisiyalar kənara atılmalıdır və biz yalnız milli komanda haqqında fikirləşməliyik».


Nadir Nəbiyev Ukraynadakı uğursuzluğa görə, onların yığmadan uzaqlaşdırılmasını əsas səbəb saymır və hesab edir ki, burda başqa amillər mövcuddur. Həmin amillərin nədən ibarət olduğuna aydınlıq gətirmək fikrində olmadığını deyən cənab Nəbiyev bildirir ki, əgər oyunçular pis nəticəyə görə, yığmadan uzaqlaşdırılırsa, onda bütün komanda buraxılmalıydı. Nadir Nəbiyev deyir ki, əgər bu pis oyuna görə cəzalandırmadırsa, həmin oyunda heç kim yaxşı oynamayıb.


XS
SM
MD
LG