Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:58

Məhkəmə Leyla Yunusun ittihamlarını rədd edib [Video]


Leyla Yunus Arif Yunusdan narahatdır
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Leyla Yunus Arif Yunusdan narahatdır

-

Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsi Leyla Yunusla bağlı həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəkillərin vəsatətinə baxıb. Hakim qapalı keçən iclasda Nəsimi rayon məhkəməsinin 3 aylıq həbs qərarını dəyişməyib.

3 AYLIQ HƏBS QƏRARI QÜVVƏDƏ QALDI

Leyla Yunusun vəkili Xalid Bağırov AzadlıqRadiosuna bunları deyib:

«Məhkəmə qərarı bəlli qərardır. Leyla Yunus barədə həbs-qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatətimiz təmin edilmədi. Leyla Yunus ittihamları qətiyyətlə rədd edir. Hakim birinci instansiya məhkəməsinin 3 aylıq həbs qərarını qüvvədə saxladı».

Xalid Bağırov Leyla Yunusun öz həyat yoldaşının səhhətindən rahatsızlığını da dilə gətirib:

«Arif Yunusun ürəyi xəstədir, hər an ürəyi tuta bilər. Leyla Yunus bu halda ona kimin dərhal yardım göstərəcəyini bilmədiyindən narahatdır».

«BAŞQA BİRİLƏRİNİN ONLARA YEMƏK APARMASI ÜÇÜN İCAZƏ İSTƏYƏCƏYİK»

Vəkil təqsirləndirilənlərin qida probleminə də diqqət çəkib:

«Tutulanlara yeməyi ailə üzvləri, yaxın qohumları aparmalıdır. Ailə üzvlərinin hər ikisi həbsdə olduğundan bu işi görəcək adam yoxdur. Biz istintaq orqanından başqa birilərinin onlara yemək aparması üçün icazə vermələrini istəyəcəyik».

Leyla və Arif Yunuslar əvvəlcə dövlətə xəyanətdə suçlanaraq həbs edilən jurnalist Rauf Mirqədirovun işi üzrə şahid qismində dindiriliblər. İyulun 30-da isə Leyla Yunusa, dövlətə xəyanət maddəsi də daxil, 6 ittiham, Arif Yunusa qarşı isə 2 ittiham irəli sürülüb. Yunuslar ittihamları rədd edir və həbslərini hökumətin siyasətinə tənqidi yanaşmalarıyla əlaqələndirirlər.

«Amnesty International» Leyla Yunusu vicdan məhbusu kimi tanıyıb.

XS
SM
MD
LG