Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:58

ABŞ-ın keçmiş səfirindən İlham Əliyevə 3 məsləhət


Richard D Kauzlarich
Richard D Kauzlarich

.

1994-1997-ci illərdə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri olan və hazırda ABŞ-da Corc Mayson Universitetinin professoru olan Richard D. Kauzlarich Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində son toqquşmalar və Azərbaycanda insan haqları fəallarının həbsi ilə bağlı AzadlıqRadiosunun suallarını cavablandırıb. Keçmiş səfirlə qısa müsahibəni təqdim edirik.

- Szicə, indiki mərhələdə doğrudan da müharibə real görünürmü?

- Yəqin ki, 1994-cü ildə imzalanmış atəşkəs razılaşmasından bu yana ən ciddi hərbi qarşıdurma baş verir. Atəşə kimin birinci başlamasından asılı olmayaraq, Bakı və Yerevan toqquşmanı dayandırmalıdır. Kənardan heç kim onların əvəzinə bu qərarı verə bilməz.

İnsan haqları fəallarının davam edən həbsləri göstərir ki, Əliyev rejimi utanıb-çəkinmədən hərbi əməliyyatlardan da özünə qarşı yerli tənqidləri boğmaq üçün istifadə edir. İnsan haqlarının tapdanmasına görə rejimə qarşı duran hər kəs vətənə xəyanətdə ittiham olunacaq.

Əliyevin qırmızı xətlər barədə nə düşündüyünü təsəvvür edə bilmirəm. Görünən budur ki, o, başladığı bu yolun nəticələrini nəzərə almır.

- İnsan haqları fəallarının çoxu ya həbs edilib, ya da tutulmaq ərəfəsindədir. ABŞ-ın Bakıda heç səfiri yoxdur. Bu prosesi kim dayandıra bilər? Sizcə, İlham Əliyev qırmızı xətti keçmirmi, yoxsa, ümumiyyətlə belə xətt heç mövcud deyil?

- Bu cür hərəkətləri ilə o, Eurovision, Birinci Avropa Olimpiya Oyunları kimi nüfuzlu layihələrə də kölgə saldı.

Ən əsası da Cənub Qaz Dəhlizi Layihəsində tərəddüdlər yaratdı.

Daha bir vacib məqam odur ki, Əliyev Putinin əlinə oynamaqla özünü Avropa və ABŞ-dan uzaq saldı.

İşləri yoluna qoymaq üçün o, 3 əsas istiqamətdə iş görməlidir:

Birincisi, təmas xəttində anlamsız və faciəvi zorakılığı dayandırmaq üçün Ermənistan prezidenti ilə vasityəçilərsiz, bir başa danışıqlara başlamalıdır.

İkincisi, bütün siyasi məhbusları azad etməlidir.

Üçüncüsü də Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Minsk Qrupu çərçivəsində prosesi bərpa etməlidir.

XS
SM
MD
LG