Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:40

Bakıda daha bir nəfər körpüyə çıxaraq intihara cəhd edir [Video]


Fəqan Nəsibov adlı bir şəxs özünü «Koroğlu» meteostansiyasının yaxınlığındakı körpüdən atacağını bildirib
Fəqan Nəsibov adlı bir şəxs özünü «Koroğlu» meteostansiyasının yaxınlığındakı körpüdən atacağını bildirib

-

FHN-nin əməkdaşları intihar etmək istəyən şəxsın qarşısını almağa çalışır
FHN-nin əməkdaşları intihar etmək istəyən şəxsın qarşısını almağa çalışır

Avqustun 21-i səhər saatlarında Fəqan Nəsibov adlı şəxs özünü «Koroğlu» metrostansiyasının yaxınlığındakı körpüdən atacağını bildirib. Bu barədə özü «Bizim yol» qəzetinə zəng edərək məlumat verib.

F. Nəsibov belə bir addım atmasına səbəb kimi hazırda Zərdab rayon icra başçısı olan Lütfəli Babayevin onun 65 min manat pulunu mənimsəməsi olduğunu iddia edir.

Körpüyə qalxan şəxs məmurların hadisə yerinə gəlməsini istəyib:

«Neyləyirəm bura yığılan yüzlərlə adamı? Mən heç bir məmura inanmıram. Mənə Qənirə Paşayeva lazımdır. O gəlməsə özümü atacağam».

Hazırda deputatın hadisə yerinə getdiyi bildirilir.

İyulun 25-də həmin şəxs eyni problemlə bağlı Prezident Administrasiyası qarşısında özünü yandırmağa cəhd edib. Mühafizə xidmətinin əməkdaşları onun bu cəhdinin qarşısını alıblar.

Zərdab rayon icra başçısının birinci müavini Allahverdi Səlimov həmin vaxt AzadlıqRadiosuna belə bir adamı tanımadıqlarını deyib:

«Nə icra başçısı, nə də mən belə bir adam tanıyırıq. O adam Bakıda yaşayandır, rayonda belə bir adam yoxdur» deyə müavin bildirib.

Mətn FB videosunun altında davam edir

AzadlıqRadiosunun hadisə yerində olan müxbiri xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin mütəxəsisləri körpüyə qalxaraq intihara cəhd etmək istəyən Fəqan Nəsibovla danışıqlar aparırlar.

SON ANDA: xəbər gəldi ki, FHN-nin əməkdaşları intihar etmək istəyən şəxsi fikrindən daşındıraraq xilas ediblər.

Bu, «Koroğlu» metrostansiyası yaxınlığındakı körpüyə çıxaraq intihara cəhdlə bağlı 3-cü hadisədir. Həmin şəxslərdən biri xilas edilsə də, digər adam xilasedicilərin tutduğu təhlükəsizlik döşəyinin kənarına düşərək elə hadisə yerindəcə ölüb.

BU İŞ BAŞ PROKURORUN NƏZARƏTİNDƏDİR

Baş prokuror Zakir Qaralov intihara cəhd edən Fəqan Nəsibovu qəbul edib. Bu haqda AzadlıqRadiosuna məlumat verən Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun sözlərinə görə, artıq prokurorluq Fəqan Nəsibovun müraciətini nəzarətə götürüb:

«Onun ərizəsində göstərilən xüsusatlar araşdırılması üçün Baş Prokurorluğun yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Bu iş baş prokurorun nəzarətindədir».

XS
SM
MD
LG