Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:26

«Lady Al-Qaeda» kimdir?


-

2 il əvvəl Pakistandan ABŞ-a gözlənilməz təklif gəldi. 2009-cu ildən bəri itkin olan və Talibançıların əlində saxlanan ABŞ serjantı Bowe Bergdahl-ı azadlığa buraxmağın əvəzində Texasda həbsdə saxlanan Aafia Siddiquini dəyimək təklif olunmuşdu. ABŞ o vaxt terrorçularla sövdələşməyə getmirik əsaslandırması ilə bu təklifi rədd elədi.

Al-Qaeda liderlərindən Ayman al-Zawahiri də 2011-ci ildən əllərində olan amerikalı Warren Weinsteini Siddiqui ilə dyişməyi şəxsən təklif edirdi, əks halda bütün müsəlmanları onun qisasını almağa çağırırdı.

Ayman al-Zawahiri müsəlmanları Siddquinin qisasını almağa çağırır, 04 Noyabr 2010
Ayman al-Zawahiri müsəlmanları Siddquinin qisasını almağa çağırır, 04 Noyabr 2010

Bu ilin avqust ayında isə, İraq və Şam İslam Dövləti – İŞID qrupundan olan terrorçular amerikalı journalist James Foley-in əvəzində də eyni qadını tələb etmişdilər.

Foley öldürüləndən sonra isə, İŞID indi əlindəki başqa bir 26 yaşlı amerikalı qadın girovu, və ya İŞID-ın əsirliyində olan başqa bir amerikalı journalist Steven Sotlofu Siddiquini ilə dəyişməyi təklif edir.

2010-cu ildən bəri dəfələrlə Yaxın Şərq, Afrika və Əfqanıstanda girov götürülən amerikalı jurnalistlər, humanitar işçilər və ya avropalıların əvəzində də dəyiş-düyüş istənən qadın yenə 42 yaşlı Siddiqui olub.

NƏDƏN İSLAMÇI TERRORÇULAR ONU İSTƏYİR?

Aafia Siddiqui 2010-cu ildə məhkəmə tərəfindən Əfqanıstanda Amerikalılara qarşı terror aktı hazırlamaqda günahkar bilinib və 86 illik həbs cəzası alıb. ABŞ hökuməti və FBİ uzun müddət onu ən təhlükəli cinayətkar kimi axtarırdı.

O, 11 sentyabr 2001-ci ildə terror aktında adı keçən Khalid Sheikh Mohammedə yaxın olub. Təhsilini ABŞ-ın ən nüfuzlu ali məktəblərindən olan M.İ.T – Massaçussets Texnologiya İnstitunda alıb və Brandeisdə doktorluq dərəcəsini müdafiə edib.

2008-ci ildə onu uzun müddət axtarışdan sonra Əfqanıstanda tutublar. Üzərində sodium sianid kimyəvi maddələri, indi Ebola kimi tanınan virusu kimyəvi silah kimi yaymaq üçün lazım olan planlar, müxtəlif kimyəvi silahları hazırlamaq üçün hazır reseptlər olub. FBİ və təhlükəsizlik xidmətlərinin agentləri onu dindirdikləri otaqda agentlərdən birinin tapançasını qaparaq onlara atəş açıb.

2010-cu ildə onun haqda məhkəmə qərarı açıqlanandan sonra Pakistanda müxtəlif radikal qruplar hökumət əleyhinə nümayişlər keçirib, Pakistan hökumətini onu ələ verməkdə, sonradan isə fiziki və mənəvi işgəncələrə məruz qoymaqda və geri tələb etməməkdə ittiham edirdilər.

Pakistanda ABŞ səfirliyi qarşısında aksiya, 2010
Pakistanda ABŞ səfirliyi qarşısında aksiya, 2010

Hətta Pakistanda özlərini Aafia Siddiqui Brigadası adlandıran yaraqlı qrupu da peyda olmuş və ordu hissələrini həbsin qisasını almaq hücumlar təşkil edirdi. Pşəvərdə polis məntəqəsinin partladılması, məhkəmə binalarına hücumlara və 10-a yaxın adamın qətli, 100-ə yaxının yaralanmasına grə məsuliyyəti bu qruplar üzərinə götürüb.

LADY AL-QAEDA NİYƏ YADA DÜŞÜB?

ABŞ jurnalisti Foleyinin ölümündən sonra bəzi amerikalı qruplar hökumətin terrorçularla dəyiş-düyüşə getməmək praktikasını yenidən gözdən keçirməyə çağıranda Siddiqui bir daha yada düşüb.

Hökumətin girovları azad etmək üçün danışıqlara getməməsi praktikasının əleyhinə olanlar bu yaxınlarda 5 talibançının əvəvzində azadlığa buraxılan amerika ordusunun serjantını yada salıblar.

Ancaq, ABŞ xüsusi-təhlükəsizlik orqanları Siddiquini ən təhlükəli terrorçualrdan sayır və azadlığa çıxan kimi onun yenidən terrorçuların arasına qatılacağına əmindirlər.

Pakistanda girov götürülən iki Çexiya vətəndaşı - Antonie Chrastecka və Hana Humpalova girovluqdan yaydıqları müraciətdə Siddquinin buraxılması mesajını oxuyurdu
Pakistanda girov götürülən iki Çexiya vətəndaşı - Antonie Chrastecka və Hana Humpalova girovluqdan yaydıqları müraciətdə Siddquinin buraxılması mesajını oxuyurdu

SİDDİQUİNİN AİLƏSİ İSƏ QIZLARININ GİROVLARLA DƏYİŞ-DÜYÜŞ ALƏTİ OLMASINI İSTƏMİR

İŞID-ın amerikalı qadın girovun əvəzində Lady al-Qaadanı tələb etməsinə isə Siddiquinin ailəsi də qarşı çıxıb. ABC News-un dərc elədiyi məktubda onun ailə üzvləri bəyan edirlər ki, İŞID və bu cür qruplarla heç bir əlaqələri yoxdur və hansısa girovların azad olunması əvəzinə qızlarının adının adlandırılmasından təssüf hissi keçirirlər. Ailə bildirir ki, Aafia Siddiquinin azad olunmasını arzulayanların anlasalar da, bunun nə bahasına olursa-olsun, hətta zorakılıq yoluyla edilməsinə qarşıdırlar.

XS
SM
MD
LG